SƏNAYE

Energetika naziri vətəndaşları qəbul edib
08 MAY
141

Energetika naziri vətəndaşları qəbul edib

2019-05-08 16:08:00

Fins.az-ın məlumatına görə Energetika naziri Pərviz Şahbazov nazirlikdə vətəndaşları qəbul edib. Qəbulda Bakı, Gəncə şəhərləri, Şəmkir, Astara, Biləsuvar, Xaçmaz rayonlarının sakinləri iştirak edib.Vətəndaşların müraciətləri elektrik enerjisi təchizatı, mənzilə qaz xəttinin çəkilməsi, işlə təminat və digər məsələlərlə bağlı olub.Nazirlikdən verilən məlumatda bildirilir ki, Energetika naziri vətəndaşların müraciətlərini dinləyib, qaldırılan məsələlərin araşdırılaraq qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün nazirliyin struktur bölmələrinə və məsul şəxslərinə tapşırıqlar verib. Nazirliyin fəaliyyətinə aid olmayan müraciətlərin isə qeydiyyata alınaraq müvafiq qurumlara çatdırılması üçün göstərişlər verilib.

Müəllif:Aynur Qəniyeva 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257