SƏNAYE

Pərviz Şahbazov:"Səudiyyə Ərəbistanı ,BƏƏ neft hasilatının həcmi ilə bağlı birtərəfli qərarlar qəbul etməyəcək"
08 MAY
144

Pərviz Şahbazov:"Səudiyyə Ərəbistanı ,BƏƏ neft hasilatının həcmi ilə bağlı birtərəfli qərarlar qəbul etməyəcək"

2019-05-08 12:56:00

Energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanının yaranmış situasiya ilə bağlı Azərbaycanla danışıqları gözlənilir?sualının cavabında bildirib ki,"Bilirsiniz, Səudiyyə Ərəbistanı deyil, ümumiyyətlə Azərbaycan OPEC+ formatında əsas təşkilatçılıq funksiyasını həyata keçirən OPEC-in Katibliyi ilə daim əlaqədədir. Bu ünsiyyət mütəmadi həyata keçirilir. Bundan başqa OPEC+ formatı ölkələrinin nümayəndələri ilə də biz daima əlaqə saxlayırıq, o cümlədən Səudiyyə Ərəbistanı bu prosesdə çox önəmli rol oynayan ölkədir və ona görə də bu ölkə ilə də daim əlaqə saxlayırıq, müzakirə edirik və bizdə olan məlumata görə iyun ayına qədər Səudiyyə Ərəbistanının, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri ilə öz neft hasilatının həcmi ilə bir tərəfli qərarlar qəbul etməyəcəklər və ümumi nazirlərin görüşünü gözləyib müzakirələrin nəticəsi kimi hər hansı bir addım ata bilərlər"

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257