SƏNAYE

Murad Aslanov: ““Archi Glass” “Sumqayıt Kimya Sənaye Parkı”-nın rezidenti olan yeganə şüşə istehsalçısıdır”
24 APREL
487

Murad Aslanov: ““Archi Glass” “Sumqayıt Kimya Sənaye Parkı”-nın rezidenti olan yeganə şüşə istehsalçısıdır”

2019-04-24 10:50:00

Fins.az-ın müsahibi yeni yaranmasına baxmayaraq bir sıra ölkə əhəmiyyətli, irimiqyaslı layihələrin tərəfdaşı, “Sumqayıt Kimya Sənaye Parkı”-nın rezidenti olan yeganə şüşə istehsalçısı “Archi Glass" MMC-nin icraçı direktoru Murad Aslanovdur

“Archi Glass" nə vaxt fəaliyyətə başlayıb və əsas fəaliyyət istiqamətləri nədir?

-“Archi Glass” 2017-ci ilin noyabr ayında fəaliyyətə başlayıb.Əsasən bütün növ şüşəyə müxtəlif formaların verilməsi və şüşənin çoxsaylı təyinatlara uyğunlaşdırılması, emal edilməsini həyata keçirir. “Archi  Glass” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 aprel 2007-ci il tarixli fərmanına əsasən formalaşdırılmış “Bir Pəncərə” prinsipi ilə dövlət qeydiyyatına alınıb.2018-ilin oktyabrın 5-ində Azərbaycanda şüşə istehsalı və emalı sahəsində fəaliyyət göstərən şirkətlərdən  yalnız “Archi Glass”-a “Sumqayıt Kimya Sənaye Parkı”-nın rezidenti statusu verilib. Rezidentlik statusu “Archi Glass”-a “Sumqayıt Kimya Sənaye Parkı”-nın  digər rezidentlərinə olduğu kimi  bir sıra üstünlüklər verir.Belə ki,hər bir rezident 7 il müddətində mənfəət,əmlak və torpaq vergisindən azad olunur.Eyni zamanda rezidetin istehsalat prosesi üçün lazım olan avadanlığın ölkəyə gətirməsi zamanı ƏDV tətbiq olunmur. Bunu “Archi Glass”-ın tarixində böyük uğur kimi qeyd edilməlidir. “Archi Glass”-ın fəaliyyət istiqamətləri barədə məlumat verərək bildirmək istərdim bizim şirkət lay şüşələri xarici ölkələrdən idxal edərək müxtəlif təyinatlara uyğun formada emal edilməsini həyata keçirir.Nəzərinizə çatdırmaq istərdim ki, “Archi Glass” bir  il ərzində 200 min kv m. bütün növ  şüşələrinkəsilməsini və müxtəlif formalarda istehsalını təmin edir.Şüşənin temperlənməsini həyata keçiririk. Bildirmək istərdim ki, Azərbaycanda eyni zamanda regionda ən böyük şüşəbükmə cihazı bizim zavodadır. Hazırda güllə keçirməyən şüşələrin istehsalına başlamışıq.Lamina sistemi yəni bir neçə şüşənin arasına Pvp adlanan örtük yerləşdirilir isidilir və vakuamlama vasitəsi ilə sorularaq hazırlanır.Bu tip şüşələrin bir tərəfi sınsa belə tökülmür. Belə növ şüşələrdən hündür mərtəbəli binaların mühəccərlərində daha çox istifadə olunur.

“Achi Glass"-ı  “Metal qab” -ın rebrendiqi hesab etmək olar?

- “Archi Glass" “Metal qab"-nın əsasında yaradılsa da birmənalı şəkildə qeyd etmək istərdim ki, “Archi Glass" “Metal qab”-ın rebrendiqi deyil. “Archi Glass” -ın təyinatını tamamilə dəyişdirilərək fəaliyyəti şüşə emalı sahəsində qurulub.

Hazırkı dövrə qədər hansı irihəcmli layihələr həyata keçirmisiniz?

“Archi Glass” ölkə ərazisində həyata keçirilən çoxsaylı irili-xırdalı layihələrin həyata keçirilməsində iştrak edib.Ölkə əhəmiyyətli bir çox layihələrdə birbaşa olmasa da, podratçı şirkətlərin vasitəsi ilə “Archi Glass”təminatlı fəaliyyət həyata keçirib.Reallaşdırdığımız irimiqyaslı layihələrə misal olaraq yaxın keçmişdə vətəndaşların istifadəsinə verilən Şəki “ASAN xidmət” mərkəzinin interyer və eksteryerində istifadə olunan kiçik və böyük həcmli xüsusi təyinatlı şüşələr “Archi Glass” tərəfindən təmin olunub.Bundan başqa Bakı şəhərinin Sovetski adlanan ərazisində həyata keçirilən söküntü və layihələndirməsi zamanı fasadın şüşə ilə təminatını  “Archi Glass”reallaşdırıb.Son günlərdə cənab prezident İlham Əliyevin iştirakı ilə açılışı həyata keçirilən  Sumqayıt şəhərində yerləşən Sosial evləri şüşə ilə “Archi Glass” təmin edib.Bundan əlavə çoxsaylı məktəblərin,bağçaların müxtəlif təyinatlı dövlət müəssisələrinin tikilməsi,əsaslı təmiri və yenidən qurulmasında istifadə olunan şüşələr “Archi Glass”-ın istehsal etdiyi yüksək keyfiyyətli şüşələrdir.Hazırda “Ağ Şəhər" layihəsinin icra edirik.

Ölkə ərazisində eyni zamanda xarici bazara çıxmaq üçün hansı tədbirləri həyata keçirirsiniz?

- Fəaliyyətimizin daha dayanıqlı və keyfiyyətli olmağı üçün ilk növbədə peşəkar və təcrübəli mütəxəssislər hazırlamağa çalışırıq.Fəaliyyət arialımızın genişləndirilməsi üçün menecerlərimiz tərəfindən daxili eyni zamanda xarici ölkələrin bazarları araşdırılır."Archi Glass”-ın  fəaliyyətinə uyğun olan uğurlu  perspektivlər vəd edən ideyalar müzakirə edilərək tətbiq olunur. Biz dünyada bu sahədə inkişaf etmiş şirkətlərin yeni yaratdığı və trendə çevrilən məhsullarını və texnologiyalarını daim izləyirik.Həmin məhsul Azərbaycanda aktual ola bilərsə, burada mövcud olan tələbata uyğundursa həmin məhsulun zavodumuzda istehsalını həyata keçirməyə çalışırıq.Hər zaman bu sahənin yeniliklərini diqqət mərkəzində saxlayırıq.Hazırda “Archi Glass”dəmir yolu qatarlarının şüşələrinin istehsal etməyi planlaşdırır.Bununla yanaşı avtomobillərin yan və ön şüşələrinin istehsal etməyi düşünürük. Daha sonra inşaatda işlədilən texnikaların da şüşələrinin istehsalını nəzərdə tutmuşuq.

Bazarın öyrənilməsi və xarici əməkdaşlıqların qurulması üçün hər hansı beynəlxalq yaxud yerli sərgilərdə iştrak etmisiniz yaxud gələcəkdə iştrakınız planlaşdırılan bu tip tədbirlər var?

- Rusiyada,Çində bir neçə başqa xarici ölkələrdə keçirilən şüşə eynilə inşaat materiallarının nümayiş olduğu sərgilərdə ziyarətçi qismində iştrak etmişik. “Archi Glass” -ın bu tip sərgilərdə iştrakçı qismində də təmsil olumağı istiqamətində müəyyən tədbirlər həyata keçiririk. Bu ilin oktyabr ayında ölkəmizdə keçirilməsi nəzərdə tutulan İnşaat məhsulları sərgisində iştrak etməyi planlaşdırırıq.

Yaxın gələcəkdə hansı layihələrin icrasını planlaşdırırsınız?

- Hazırda tikintisi həyata keçirilən "ASAN xidmət" mərkəzlərində  istifadə olunacaq şüşənin təminatını həyata keçirəcəyik. Qeyd etmək istərdim ki,Ağcabədi rayonunda və Şamaxı şəhərində tikintisi planlaşdırılan “ASAN xidmət” mərkəzlərində istifadə olunacaq müxtəlif təyinatlı şüşələrin “Archi Glass” tərəfindən təmin olunması üçün aidiyyəti orqanlarla danışıqlar aparılır.  Bundan başqa yaxın zamanda yenidən qurulacaq“Bakı Zooparkı" üçün tələb olunan xüsusi olaraq zoopark üçün hesablanmış şüşələr “Archi Glass"-ın zavodunda istehsal oluncaq.Bildirmək istərdim ki,məhz “Bakı Zoopark"-ının yenidən qurulmasında istifadə olunacaq şüşələrin istehsalı üçün biz xüsusi olara Almaniyadan tam şəffaf, tərkibində əlavə qatqılar olmayan  saf şüşələr gətirilib . Gələcəkdə “Archi Glass"-ın fəaliyyətinin genişləndirilməsi məqsədi ilə yeni blok tikilməsini düşünürük. Yeni blokda tam avtomatlaşdırılmış anbarın tikintisini planlaşdırırıq.

Azərbaycan dövlətinin sahibkarlığın inkişafı ilə bağlı  həyata keçirdiyi tədbirlərdən razısınız bu sahədə hər hansı çatışmazlıqlar var?

- Azərbaycanın sosial-iqtisadi inkişafının davamlı olması üçün cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən irimiqyaslı tədbirlər təbii ki,sahibkarlığın inkişafını da stimmullaşdırır Hazırda ölkədə demək olar ki,hər bir sahibkar dövlət tərəfindən bu sahənin inkişafına dəstək göstərilməsini birbaşa öz üzərində hiss edir.Vergi məcəlləsinin sahibkarlıq fəaliyyəti ilə bağlı olan  bir çox müddəalarında edilmiş köklü dəyişikliklər,sənaye parklarının yaradılması və rezidentlərin fəaliyyəti üçün nəzərdə tutulan uzunmüddətli güzəştlər və üstünlüklər Azərbaycan dövlətinin sahibkarlığın və birbaşa qeyri neft sektorunun dayanıqlı inkşafına yönəlmiş  mühüm tədbirləridir. Dövlət orqanları tərəfindən tez-tez təşkil olunan və sahibkarlar arasında əlaqələrin və əməkdaşlığın formalaşması üçün nəzərdə tutulan çoxsaylı toplantı və tədbirlər Azərbaycanda özəl sektorun inkişafı üçün əsaslı addımlardandır. Özəl sektora daxil olan müəssisələrin fəaliyyətinə yaradılan süni manelərin birbaşa cənab prezidentin nəzarəti ilə aradan qaldırılması sahibkarlara dövlət qayğısının tərkib hissələrindən biridir. Təbii ki, Azərbaycanda özəl sektorun yüksək səviyyəli inkişafı insanların rifah halının yaxşıkaşmasına birbaşa təsir edən amillərdən biridir. Sahibkarlara yaradılan mümbit şəraitdən çox razıyam və bu addımları qənaətbəxş hesab edirəm. Son dövrlərdə Dövlət Gömrük Komitəsi tərəfindən tətbiq edilən “Yaşıl dəhliz” sisteminin fəaliyyəti çox təqdirəlaiqdir. Hazırda “Archi Glass" da “Yaşıl dəhliz” sistemindən istifadə edir.Bildirmək istərdim ki,“Yaşıl dəhliz” sisteminin tətbiqi şəffaf şəkildə həyata keçirilir.Bu sistemin tətbiqi məmur sahibkar təmasını demək olar ki,sıfıra endirir.Azərbaycanda bu sistemin tətbiqinə başlanılması sahibkarlıq fəaliyyətinin inkişafına dövlətin fəal və effektiv dəstəyinin bariz nümunəsidir.

Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8964
  • ₽ RUB
    0.0264