SƏNAYE

Baş direktor: STAR NEZ 2021-ci ilədək neft və neft məhsullarını saxlama gücünü 1,6 dəfə artıracaq
22 APREL
189

Baş direktor: STAR NEZ 2021-ci ilədək neft və neft məhsullarını saxlama gücünü 1,6 dəfə artıracaq

2019-04-22 17:28:00

“SOCAR Turkiye Enerji (SOCAR-ın Türkiyədəki törəmə şirkəti) tərəfindən nəzarət olunan STAR Neft Emalı Zavodu (NEZ) 2021-ci ilədək xam neft və neft məhsullarını saxlama gücünü 1,6 dəfə - sutkada 2,5 mln. kubmetrə qədər artırmağı planlaşdırır. Bu barədə fins.az-a zavodun baş direktoru Mesut İlter məlumat verib."Hazırda STAR NEZ-in neft və neft məhsullarını saxlama gücü 1,6 mln. kubmetr təşkil edir və bu göstəricinin 2,5 mln. kubmetrə çatdırılması planlaşdırılır", - deyə M.İlter bildirib.Onun sözlərinə görə, “SOCAR Turkiye Enerji” 2021-ci ilədək bu məqsədlərə əlavə vəsait yönəldəcək.

"Bu layihə çərçivəsində işlərin bir hissəsi cari ilin iyul ayında başa çatacaq, SOCAR tərəfindən əlavə investisiya qoyuluşları isə 2020-ci ilin sonunda tam yekunlaşacaq. Beləliklə, zavodun xam neft və aralıq neft məhsullarının saxlanılması üçün gücləri artırılacaq", - deyə M.İlter qeyd edib.19 oktyabr 2018-ci il tarixində STAR NEZ-in işə salınması mərasimi keçirilib. NEZ-də “Azeri Light”, “Kərkük” və “Urals” kimi neft markalarının emalı planlaşdırılır.

Zavodda illik 1,6 mln. ton nafta, 1,6 mln. ton reaktiv yanacaq, 4,8 mln. ton ultra aşağı kükürd tərkibli dizel yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilol, 480 min ton reformat və 160 min ton kükürd istehsal olunacaq.Zavodun tikintisi “Petkim” neft-kimya kompleksini xammalla təmin etməyə və SOCAR-ın dizel yanacağı, aviasiya kerosini, eləcə də kimya sənayesi üçün xammalla Aralıq dənizi bazarına çıxmasına imkan verəcək.*

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271