SƏNAYE

Azərbaycanda günəş enerjisi istehsalı 10 faizdən çox artıb
18 APREL
216

Azərbaycanda günəş enerjisi istehsalı 10 faizdən çox artıb

2019-04-18 11:55:00

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda dövr ərzində 552,2 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

Fins.az-ın  Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,2%-lik artım müşahidə olunub. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 9,3% artaraq 71,9 mln. manat təşkil edib.

Ötən üç ay ərzində Azərbaycanda 6 340,5 mln. kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2018-ci ilin yanvar-mart aylarının göstəriciləri ilə müqayisədə 3,5% çoxdur.

Bunun 295 mln. kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da 2018-ci ilin yanvar-mart aylarının göstəriciləri ilə müqayisədə 11% azdır.

Bunun 5 778,8 mln. kVt/saatı istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2018-ci ilin üç ayının göstəriciləri ilə müqayisədə 4,1% çoxdur.

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda 31,8 mln. kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2018-ci ilin üç ayının göstəriciləri ilə müqayisədə 8,4 dəfə çoxdur.

Bu ilin yanvar-mart ayları ərzində ölkədə 8,2 mln. kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da 2018-ci ilin yanvar-mart aylarının göstəricisi ilə müqayisədə 10,8% çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır