SƏNAYE

2019-cu ilin I rübündə Azərbaycanda 915,9 kq qızıl çıxarılıb
17 APREL
497

2019-cu ilin I rübündə Azərbaycanda 915,9 kq qızıl çıxarılıb

2019-04-17 17:56:00

2019-cu ilin birinci rübündə Azərbaycanda 915,9 kq qızıl hasil olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 38,1% azdır. Bu barədə fins.az-a  Dövlət Statistika Komitəsindən məlumat verilib.Martda respublikada 289 kq qızıl hasil olunub.Hasil edilən qızıl emala göndərilib.Xəbər verildiyi kimi, 2018-ci ildə Azərbaycanda 4 min 238,6 kq qızıl hasil olunub ki, bu da 2017-ci ilin göstəricisindən 31,7% azdır.

Hazırda Azərbaycanda qızıl və gümüş 1997-ci il avqust ayının 21-də imzalanmış Production Sharing Agreement tipli müqavilə çərçivəsində “Gədəbəy” və “Qoşa” yataqlarından hasil olunur. Müqavilə 6 yatağın – Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir.

Müqaviləyə görə, bu 6 yataqdan 400 ton qızıl hasilatı planlaşdırılır.İlk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına isə 2010-cu ildə “Gədəbəy” yatağından başlanılıb. “Qoşa” yatağından qızıl hasilatı 2013-cü ilin III rübündən həyata keçirilir. 2015-ci ilin yayında şirkət “Qədir” yatağından, 2017-ci ilin sentyabr ayından isə “Uğur” yatağından qızıl hasilatına başlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9097
  • ₽ RUB
    0.0264