SƏNAYE

2019-cu ilin I rübündə Azərbaycan gümüş hasilatını 5 dəfə artırıb
17 APREL
213

2019-cu ilin I rübündə Azərbaycan gümüş hasilatını 5 dəfə artırıb

2019-04-17 17:52:00

2019-cu ilin birinci rübündə Azərbaycanda gümüş hasilatı 1 min 108,1 kq təşkil edib, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 5 dəfə çoxdur. Bu barədə  fins.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Martda Azərbaycanda gümüş hasilatı 264,4 kq təşkil edib.Eyni zamanda, DSK gümüş hasilatının bu artımının səbəbini dəqiqləşdirmir.1 aprel 2019-cu il tarixinə hasil olunan gümüşün istehsalçı şirkətərin anbarlarındakı ehtiyat həcmi 238,8 kq təşkil edir.

2018-ci ildə Azərbaycanda gümüş hasilatı 2 min 671,1 kq təşkil edib, bu da 2017-ci ilin göstəricisindən 3,8 dəfə çoxdur.Hökumətin proqnozlarına görə, 2019-cu ildə Azərbaycanda gümüş hasilatı 2,1 ton səviyyəsində gözlənilir.Hazırda Azərbaycanda gümüş hasilatı 2 şirkət tərəfindən həyata keçirilir. Xüsusilə, Azərbaycan 1997-ci il avqust ayının 21-də “Anglo Asian Mining PLC” şirkəti ilə müqavilə Imzalayıb.Bundan başqa, Azərbaycan prezidenti İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılan “AzerGold” QSC hasilat işləri ilə məşğul olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266