SƏNAYE

Aprelin 19-da Azərbaycanda İranla avtobusqayırma və yedək hissələrinin birgə istehsalı müəssisəsinin təməli qoyulacaq
17 APREL
114

Aprelin 19-da Azərbaycanda İranla avtobusqayırma və yedək hissələrinin birgə istehsalı müəssisəsinin təməli qoyulacaq

2019-04-17 16:35:00

Fins.az-ın məlumatına görə, 18-19 aprel tarixlərində İranın sənaye, mədən və ticarət naziri Rza Rəhmani Azərbaycana səfər edəcək. Bu barədə İranın Bakıdakı səfirliyindən məlumat verilib.“Aprelin 19-da R.Rəhmani səfər çərçivəsində Azərbaycan və İranın avtobusqayırma və yedək hissələrinin birgə istehsalı müəssisəsinin təməlqoyma mərasimində iştirak edəcək”, - səfirlikdən bildiriblər.Qeyd olunub ki, müəssisənin Hacıqabul sənaye məhəlləsində təməli qoyulacaq.

Əlavə edilib ki, cümə günü Hacıqabulda Azərbaycan-İran Ticarət Forumu keçiriləcək.“Bundan başqa, həmin gün R.Rəhmani Bakıda «Chinar plaza»da İran Ticarət Mərkəzinin açılışında iştirak edəcək”, - səfirlikdən qeyd ediblər.Səfər çərçivəsində R.Rəhmani Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, həmçinin işgüzar dairələrin nümayəndələri ilə görüşlər keçirəcək.

“Tərəflər iqtisadi və enerji layihələri, Şimal-Cənub Dəhlizi, Rəşt-Astara dəmiryol layihəsi, sərgilərin keçirilməsi, əməkdaşlıq memorandumlarının imzalanması haqqında müzakirələr aparacaqlar”, - səfirlikdən vurğulayıblar.Xəbər verildiyi kimi, 2019-cu ilin mart ayında “Azərmaş” ASC «Qartal» şirkəti ilə Azərbaycanda avtobus istehsalı zavodunun tikintisi haqqında Anlaşma Memorandumu imzalayıb. Zavod Hacıqabul Sənaye Məhəlləsində tikiləcək və 2020-ci ilin sonunadək istismara verilməsi gözlənilir. I mərhələdə ildə 500 ədəd avtobusun istehsal edilməsi planlaşdırılır. Layihəyə 11 mln. manat ($6,47 mln.) sərmayə qoyulacaq, Layihədə “Azərmaş”ın payı 25%-dir. Zavodda istehsal olunacaq avtobuslar da qonşu ölkələrə ixrac ediləcək. **

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266