SƏNAYE

“Ferrotex” Azərbaycanda maşınqayırma zavodu alıb
17 APREL
418

“Ferrotex” Azərbaycanda maşınqayırma zavodu alıb

2019-04-17 11:56:00

Ferrotex” MMC-ni “Sabunçu Elmi İstehsalat və Maşınqayırma” ASC-nin inkişafına 10 mln. manat (cari məzənnə ilə $5,88 mln.) vəsait yatıracaq.  Fins.az xəbər verir ki,bu barədə Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilir.

“Ferrotex” MMC-ni “Sabunçu Elmi İstehsalat və Maşınqayırma” ASC-nin 99,29% səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi olub. Şirkət müəssisəyə 10 mln. manat məbləğində investisiya qoyuluşunun reallaşmasını öhdəsinə götürüb”, - Komitədən qeyd ediblər.

İnvestisiyalar müəssisədə yeni istehsal sexinin tikintisi, soyutma sisteminin qurulması, istehsalı idarəetmə mərkəzinin inşası, o cümlədən tökmə istehsalında istifadə olunan texnoloji avadanlıq və tərtibatların alınması, mexaniki emal sexində 3 ədəd müxtəlif tonnajlı vakuum induksion sobalarının quraşdırılmasına yönəldiləcək.

Bundan əlavə, “Ferrotex” səhmlərə görə dövlət büdcəsinə 2,8 mln. manat köçürəcək, DSMF-yə olan 2 mln. manata yaxın məbləğdə borcları, 200 min manata yaxın məbləğdə əmək haqqı və ona bərabər tutulan borcları ödəyəcək.

“İnvestisiya yatırımları nəticəsində müəssisədə 160 yeni iş yeri açılacaq”, - Komitədən qeyd ediblər.

Sabunçu Elmi İstehsalat və Maşınqayırma” Açıq Səhmdar Cəmiyyəti 1914-cü ildə Bakıda yaradılıb və neft mədəni, kimya məhsulları, həmçin xalq istehlak malların istehsalı ilə məşğul olur. Cəmiyyətin nizamnamə kapitalı 10,1 mln. manata bərabərdir və bir qiymətli kağız üçün nominalı 2 manat təşkil edən 5,05 mln. səhmə bölünüb. Hazırda müəssisədə 102 nəfər çalışır. **

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027