SƏNAYE

Bakı və Varşavanın enerji sahəsində əməkdaşlığı
17 APREL
98

Bakı və Varşavanın enerji sahəsində əməkdaşlığı

2019-04-17 10:10:00

Bakı enerji sahəsində Varşava ilə əməkdaşlıqda maraqlıdır.  Fins.az xəbər verir ki bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.E.Məmmədyarov Polşaya rəsmi səfəri çərçivəsində PGNiG-nin (Polşanın neft və qaz şirkəti) prezidenti Piotr Vojnyak ilə görüşüb. Görüşdə nazir Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm enerji və infrastruktur layihələri haqqında həmsöhbətinə məlumat verib.

“Azərbaycan tərəfinin iki ölkə arasında enerji sahəsində iş birliyini dəstəklədiyini bildirən nazir Polşa ilə bu xüsusda əməkdaşlıq etməkdə maraqlı olduğunu diqqətə çatdırıb”, - XİN-dən məlumat verilir.

P.Vojnyak PGNiG-nin Azərbaycan ilə enerji sahəsində əməkdaşlıqda maraqlı olduqlarını və SOCAR-ın (ARDNŞ) təcrübəsindən yararlanmaq istədiklərini qeyd edib

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266