SƏNAYE

Sumqayıt Kimya Sənaye Parkında Almaniya nümayəndə heyəti ilə görüş
16 APREL
212

Sumqayıt Kimya Sənaye Parkında Almaniya nümayəndə heyəti ilə görüş

2019-04-16 16:55:00

Almaniyanın Azərbaycandakı səfirinin müavini Andrea Suhl, Almaniya-Azərbaycan Ticarət Palatasının rəhbəri Tobias Baumann, Almaniya Beynəlxalq Əməkdaşlıq cəmiyyətinin Azərbaycan üzrə direktoru Sonia Fontaine Sumqayıt Kimya Sənaye Parkında olublar.Fins.az xəbər verir ki, bu barədə məlumat Sumqayıt Kimya Sənaye parkından verilib. Məlumata görə, qonaqlara sənaye parkları, burada rezidentlər üçün yaradılmış əlverişli şərait, müasir infrastruktur, investorlar üçün yaradılmış güzəşt mexanizmləri və xidmətlər barədə məlumat verilib. Sumqayıt Kimya, Qaradağ, Mingəçevir və Pirallahı sənaye parklarının rezidentləri, həmin rezidentlər trəfindən istehsal edilən məhsullar barədə məlumat qonaqların diqqətinə çatdırılıb. Qeyd edilib ki, sənaye parkının bir çox müəssisələrinin istehsal etdikləri məhsullar "Made in Azerbaijan" brendi adı altında dünya bazarlarına çıxarılır. Eyni zamanda nümayəndə heyətinə Sumqayıt Kimya Sənaye Parkının ərazisində fəaliyyət göstərəcək Tədris Mərkəzi barədə də məlumat verilib. Bildirilib ki, Mərkəzdə sənayenin müxtəlif istiqamətləri üzrə peşə hazırlığı həyata keçiriləcək. Peşə tədrisinin alman təcrübəsi əsasında inkişafı, gələcəkdə burada alman mütəxəssislərinin bilik və bacarıqlarından geniş istifadə edilməsinə dair müzakirələr aparılıb.

Həmçinin qeyd olunur ki,görüşdə qonaqların rezidentlərin qeydiyyatı prosedurları, prioritet sahələr və enerji təchizatı barədə sualları cavablandırılıb. Gələcək əməkdaşlıq prespektivləri və Azərbaycanda yaradılan sənaye parklarına investisiya qoyuluşu imkanlarına dair müzakirələr aparılıb.

Daha sonra qonaqlar Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan "Tabaterra" QSC-nin siqaret fabrikində və "İnşaat Kimyəviləri Zavodunda" da gedən istehsal prosesi ilə yaxından tanış olublar.

 Müəllif:Aynur Qəniyeva

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266