SƏNAYE

“Azərenerji” yayda “Şimal-2” buxar-qaz qurğusunu işə salacaq
15 APREL
124

“Azərenerji” yayda “Şimal-2” buxar-qaz qurğusunu işə salacaq

2019-04-15 17:40:00

“Azərenerji” ASC cari ilin yayında “Şimal” Elektrik Stansiyasında ikinci buxar-qaz qurğusunu istismara verməyi planlaşdırır. Fins.az-ın məlumatına görə, bu barədə cəmiyyətin mətbuat xidmətinin məlumatında deyilir.““Şimal-2” Elektrik Stansiyasının tikintisi son aylarda sürətləndirilib və artıq yekunlaşmaq üzrədir. “Şimal-2” Elektrik Stansiyasının enerji blokunda Yaponiyanın “Mitsubishi” şirkətinin mütəxəssisləri ilə birlikdə sazlama işləri davam edir və hər həftənin bir günü qurğu işə salınaraq yoxlanılır. Yay aylarında “Şimal-2” Elektrik Stansiyası istismara buraxılacaq”, - deyə məlumatda bildirilir.

“Şimal-1” və “Şimal-2” elektrik stansiyaları üzrə ümumilikdə il ərzində 5,7 milyard kVts elektrik enerjisi istehsal ediləcək.

““Şimal” Elektrik Stansiyasında (“Şimal-2”) ikinci buxar-qaz qurğusunun tikintisi Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankının ayırdığı 29 mlrd. 280 mln. yapon yeni ($275 mln.-dan çox) məbləğində kredit hesabına həyata keçirilir. Azərbaycana kredit illik faiz dərəcəsi 0,75% olmaqla 10 il güzəşt müddəti ilə 40 il müddətinə verilib. Layihənin ümumi dəyəri $330 mln.-dan çoxdur. Tikinti işlərini Yaponiyanın “Toyo Engineering Corporation” şirkəti həyata keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266