SƏNAYE

“ASK Şüşə” MMC-də “Hazır məhsul anbarı” tikilir
15 APREL
172

“ASK Şüşə” MMC-də “Hazır məhsul anbarı” tikilir

2019-04-15 15:09:00

“ASK Şüşə” MMC-də “Hazır məhsul anbarı” binasının tikintisinə başlanılıb.Fins.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Sənaye Korparasiyasından verilib. Məlumatda bildirilir ki, sözügedən anbarın tikinti-quraşdırma işlərinə 2018-ci ilin oktyabr ayında başlanılıb. “Hazır məhsul anbarı” binasının tikintisinə tələb zavodda istehsal olunan məhsulun satışaqədərki zaman kəsiyində  mövcud  normalar əsasında açıq atmosfer şəraitindən mühafizə edilməsi zəruriliyindən irəli gəlib. Yeni tikilən bir mərtəbəli anbarın daxili sahəsi 7855.46 kvm, ümumi həcmi  66126.00 m3-dir. Sənaye korparasiyasının məlumatında qeyd olunur ki,  ilkin hesablamalara görə anbarda 9000000 ədədə yaxın şərti şüşə taranın müvəqqəti saxlanması planlaşdırılır.  Müasir tələblərə cavab verən “Hazır məhsul anbarı”nda  saxlanılacaq məhsulun keyfiyyətində dəyişiklik yaranmaması üçün sözügedən anbarın daxildə təbii havalandırma və yanğından mühafizə sistemləri quraşdırılıb. Azərbaycan Sənaye Korparasiyanın məlumatında həmçinin bildirilir ki, hazır məhsulun çeşidlər üzrə rahat və normal yığılması, eyni zamanda yük-nəqliyyat vasitələrinin anbara  rahat girişi və məhsulun yüklənməsi üçün mükəmməl şərait yaradıllıb.Anbarların Tikinti-quraşdırma işləri cari ilin 2-ci rübünə tamamlanması nəzərdə tutulub

  Qeyd edək ki, “ASK Şüşə” MMC“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin nəzdində fəaliyyət göstərir.

 Müəllif:Aynur Qəniyeva

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266