SƏNAYE

Səngəçal elektrik stansiyası 2020-ci ildə işə salınacaq
12 APREL
177

Səngəçal elektrik stansiyası 2020-ci ildə işə salınacaq

2019-04-12 18:00:00

Yeni Səngəçal elektrik stansiyasının 2020-ci ildə istismara verilməsi planlaşdırılır. Fins.az-ın məlumatına görə, bu barədə maritime-executive.com nəşri məlumat yayıb."Səngəçalda dövlət elektrik şəbəkəsinə inteqrasiya olunacaq təxminən 400 MVt gücündə yeni elektrik stansiyasının 2020-ci ildə işə salınması planlaşdırılır. Stansiya üçün mühərriklər İngiltərənin “Trans Global Projects Group” (TGP) şirkəti tərəfindən artıq Azərbaycana gətirilib", - deyə qəzet qeyd edir.Ümumilikdə ölkəyə hər biri 17,7 MVt gücündə və 295 ton ağırlığında olan 22 mühərrik gətirilib.

“Səngəçal-2” elektrik stansiyasının inşası layihəsinin məqsədi Azərbaycanın elektrik enerjisinə artan tələbatını tam həcmdə ödəməkdir. Şirkət tikinti işləri zamanı ən müasir texnoloji avadanlıq - Finlandiyanın “Wartsila” şirkətinin istehsalı olan W20V50SG tipli 20-dən çox mühərrik istifadə etməyi nəzərdə tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9068
  • ₽ RUB
    0.0267