SƏNAYE

4-cü SOCAR Beynəlxalq Forumunun vaxtı açıqlanıb
11 APREL
187

4-cü SOCAR Beynəlxalq Forumunun vaxtı açıqlanıb

2019-04-11 15:45:00

2019-cu ilin 22-25 aprel tarixlərində Bakıda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş 4-cü SOCAR Beynəlxalq “Xəzər və Mərkəzi Asiya:Ticarət, Logistika, Neft Emalı, Neft-kimya” Forumu keçiriləcək. Fins.az-ın  məlumatına görə, Forum SOCAR-ın dəstəyi, Bakı Ali Neft Məktəbinin və Böyük Britaniyanın “Confidence Capital Ltd” şirkətinin birgə təşkilatçılığı ilə keçirilir.

Forumda Xəzər və Mərkəzi Asiya regionlarının yanacaq-energetika, neft-kimya komplekslərinin və logistika strukturlarının 200-dən artıq rəhbər işçiləri və aparıcı mütəxəssisləri, o cümlədən dünyanın 20 ölkəsindən 100-ə qədər nümayəndənin iştirakı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9097
  • ₽ RUB
    0.0264