SƏNAYE

Sumqayıt Kimya Sənaye Parkının rezidenti "STP" MMC beynəlxalq sərgidə iştirak edib
11 APREL
143

Sumqayıt Kimya Sənaye Parkının rezidenti "STP" MMC beynəlxalq sərgidə iştirak edib

2019-04-11 10:08:00

Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan "STP" MMC 2019-cu il aprelin 2-dən 5-dək Moskva şəhərində keçirilən "MosBuild 2019" sərgisində iştirak edib.Fins.az-ın məlumatına görə, sərgiyə 40 ölkədən 1200-dən çox şirkət qatılıb. XXV "MosBuild 2019" sərgisində "STP" MMC-nin istehsal etdiyi kabellər, elektrik yuvalar, elektrik panellər, fitinqlər və digər məhsulları "Made in Azerbaijan" brendi adı altında nümayiş etdirilib. Sərgi çərçivəsində potensial müştərilərlə görüşlər keçirilib, məhsulların ixracına və digər əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.

   Qeyd edək ki, "STP" MMC 2017-ci il 3 noyabrda Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Kompleks 13 istehsalat sahəsini özündə birləşdirir

Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272