SƏNAYE

Rövnəq Abdullayev Ameriikanın Azərbaycana yeni təyin olunan səfiri ilə görüşüb
11 APREL
71

Rövnəq Abdullayev Ameriikanın Azərbaycana yeni təyin olunan səfiri ilə görüşüb

2019-04-11 09:44:00

SOCAR-ın prezidenti Rövnəq Abdullayev ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Erl Litzenbergerlə görüşüb.Fins.az-ın məlumatına görə,SOCAR prezidenti səfiri  yeni təyinatı münasibəti ilə təbrik edərək şirkətin fəaliyyəti, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən regional və qlobal əhəmiyyətli enerji layihələrinin həyata keçirilməsində rolu, Cənub Qaz dəhlizi layihəsinin gedişi haqqında məlumat verib. 

Səmimi qəbula və təbrikə görə, minnətdarlığını ifadə edən səfir Erl Litzenberqer, Azərbaycanın ABŞ üçün etibarlı tərəfdaş olduğunu bildirərək, fəaliyyəti dövründə iki ölkə xalqları arasında dostluq münasibətlərinin inkişafına töhfə ,verməyə çalışacağını deyib. O, Azərbaycan və ABŞ arasında enerji sahəsində əlaqələrin gücləndirilməsinin özü üçün əsas prioritetlərdən, biri hesab etdiyini vurğulayaraq, Azərbaycanın energetika, sahəsində həyata keçirdiyi layihələrin bundan sonra da Amerika tərəfindən dəstəklənəcəyini söyləyib.

Müəllif:Aynur Qəniyeva

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266