SƏNAYE

Nazir bu rayonların sakinlərinin şikayətinə baxacaq
10 APREL
100

Nazir bu rayonların sakinlərinin şikayətinə baxacaq

2019-04-10 16:24:00

Fins.az-ın məlumatına görə,Energetika naziri Pərviz Şahbazovun  Şirvan şəhərində aprelin 26-da nəzərdə tutulan vətəndaşları qəbul vaxtı dəyişib. Nazir aprelin 29-da Şirvan şəhərində Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarından olan vətəndaşları qəbul edəcək.Vətəndaşların qəbulu saat 10:00-dan etibarən Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şirvan filialının inzibati binasında keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin [email protected] elektron poçt ünvanı, 598-16-53/54 (daxili 1145, 1146, 1147) nömrəli telefon (əlaqələndirici şəxs Azər Rzayev), nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şirvan filialı (əlaqələndirici şəxs Ceyhun Rzayev, əlaqə telefonları: (021) 215-39-99, (050) 225-34-86, elektron poçt ünvanı [email protected]) vasitəsilə müraciət edə bilərlər. Bununla yanaşı, vətəndaşlar Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi və nazirliyin facebook səhifəsi vasitəsilə qəbula yazıla bilərlər.

 Qeyd edək ki, nazirin qəbulu Şirvan şəhəri, Maarif Aydınov küçəsi 1/1 ünvanında keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266