SƏNAYE

Naxçıvana verilən təbii qazın miqdarı və satışından toplanan vəsaitin həcmi açıqlanıb
10 APREL
118

Naxçıvana verilən təbii qazın miqdarı və satışından toplanan vəsaitin həcmi açıqlanıb

2019-04-10 10:56:00

Bu ilin mart ayı ərzində Naxçıvan Muxtar Respublikası üzrə verilən təbii qazın miqdarı, təbii qaz satışından toplanan vəsait və ödənilmə faizi barədə məlumatlar açıqlanıb.Fins.az-ın məlumatına görə,  Muxtar Respublikaya verilən təbii qazın ümumi həcmi 24 033 508 kubmetr təşkil edib. Ötən ay üzrə verilən təbii qazın ümumi dəyəri 3 214 276 manat olub. Belə ki, daxil olan vəsaitin həcmi isə 3 121 844 manat təşkil edib. Muxtar Respublikada təbii qazın istifadəsinə görə ödənilmə faizi 97,1 olub.

Belə ki, Naxçıvan şəhərində verilən təbii qazın ümumi həcmi 3 254 846 kubmetr, verilən təbii qazın ümumi dəyəri 365 483 manat, daxil olan vəsaitin həcmi 366 188 manat, təbii qazın istifadəsinə görə yığımı isə 100,2% icra edilib.

Şahbuz rayonunda verilən təbii qazın ümumi həcmi 901 839 kubmetr, verilən təbii qazın ümumi dəyəri 97 066manat, daxil olan vəsaitin həcmi isə 97 228 manat təşkil edib. Bu rayonda təbii qazın istifadəsinə görə yığımı isə 100,2% icra edilib.

Culfa rayonunda verilən təbii qazın ümumi həcmi 1 392 228 kubmetr, verilən təbii qazın ümumi dəyəri 142 633 manat, daxil olan vəsaitin həcmi isə 142 812 manat olub. Culfada təbii qazın istifadəsinə görə yığımı isə 100,1% icra edilib.

Ordubad rayonunda verilən təbii qazın ümumi həcmi 1 388 151 kubmetr, verilən təbii qazın ümumi dəyəri 145 546 manat, daxil olan vəsaitin həcmi isə 145 724 manat olub. Ordubadda təbii qazın istifadəsinə görə yığımı isə 100,1%icra edilib.

Şərur rayonunda verilən təbii qazın ümumi həcmi 2 666 745 kubmetr, verilən təbii qazın ümumi dəyəri 275163manat, daxil olan vəsaitin həcmi 275410manat təşkil edib. Şərurdatəbiiqazınistifadəsinə görə yığımı isə 100,1% icraedilib.

Ötən ay Sədərək rayonunda verilən təbii qazın ümumi həcmi 308 536 kubmetr olub. Bu rayonda verilən təbii qazın ümumi dəyəri 30 854 manat, daxil olan vəsaitin həcmi 30 865 manat olub. Bu rayonda təbii qazın istifadəsinə görə yığımı 100,0% olub.

Kəngərli rayonunda verilən təbii qazın ümumi həcmi 1 062 473 kubmetr olub. Ötən ay bu rayonda verilən təbii qazın ümumi dəyəri 109 062 manat, daxil olan vəsaitin həcmi 109 062 manat olub. Bu rayonda təbii qazın istifadəsinə görə yığımı 100,0% olub.

Martda Babək rayonu verilən təbii qazın ümumi həcmi 2 652 062 kubmetr təşkil edib. Babəkdə verilən təbii qazın ümumi dəyəri 276 718 manat, daxil olan vəsaitin həcmi 276 758 manat olub. Bu rayonda da təbii qazın istifadəsinə görə yığımı 100,0% olub.

Bu ilin mart ayında muxtar respublikanın müəssisə və təşkilatlarınaverilən təbii qazın ümumi həcmi 10 406 628 kubmetr təşkil edib. Büdcə təşkilatlarına verilən təbii qazın ümumi dəyəri 1 771 751 manat, daxil olan vəsaitin həcmi 1 677 795 manat olub. Müəssisə və təşkilatlarının təbii qazın istifadəsinə görə yığımı 94,7% olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266