SƏNAYE

SOCAR ilə bu dövlət qurumu arasında anlaşma memarandumu imzalanıb
08 APREL
91

SOCAR ilə bu dövlət qurumu arasında anlaşma memarandumu imzalanıb

2019-04-08 13:11:00

SOCAR-ın prezidenti Rövnəq Abdullayev İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Görüşdə kiçik və orta sahibkarlığın dayanıqlı inkişafına dəstək və idxalın əvəzlənməsi istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub, yerli istehsalın təşviqi üçün yeni rəqəmsal portalın yaradılması haqqında anlaşma memorandumu imzalanıb.

Memoranduma əsasən, SOCAR-ın il ərzində istifadə etdiyi və ölkə daxilində istehsal olunması mümkün olan mal-material tələbatı və texniki avadanlıqlara göstərilən xidmət növləri haqqında məlumatların yeni rəqəmsal portalda yerləşdirilməsi nəzərdə tutulur.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib ki, idxalın əvəzlənməsi və yerli istehsalın dəstəklənməsi üçün elektron portalın yaradılması Azərbaycanda kiçik və orta sahibkarlığının inkişafına töhfəsini verəcək.

Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266