SƏNAYE

“MƏTANƏT A” şirkəti nüfuzlu beynəlxalq sərgidə iştirak edib
08 APREL
139

“MƏTANƏT A” şirkəti nüfuzlu beynəlxalq sərgidə iştirak edib

2019-04-08 12:22:00

2-5 Aprel tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində “MosBuild 2019” beynəlxalq tikinti və inşaat materialları sərgisi keçirilib. Azərbaycan İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Azərbaycandan olan şirkətlər öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində təqdim edib.

Qeyri-neft sektorunda qabaqcıl şirkətlərdən olan və Cənubi Qafqazın ən böyük tikinti materialları istehsalçılarından biri,  satış coğrafiyasını hər il genişləndirən  "Mətanət A” şirkəti də Moskvada keçirilən “MosBuild 2019” beynəlxalq tikinti və inşaat materialları sərgisində iştirak edib. 4 gün davam edən sərginin ziyarətçiləri “Mətanət A” şirkətinə məxsus olan qlobal markalara- “Matanat”, “Shpak”, “Akdeniz”, “Fasnatural”, “Fasmatik”, “İzolatexe”,  “İzokrist”, “FugaFil” və digər məhsullara böyük maraq göstərib. Şirkət nümayəndələri ziyarətçilərə məhsullarla bağlı ətraflı məlumatlar verib. Sevindirici haldır ki, daim innovativ yenilikləri öz fəaliyyətinə tətbiq edən və bu gün daha da qloballaşaraq öz ixrac coğrafiyasını daha da genişləndirən “Mətanət A”  şirkətinin məhsulları xarici istehlakçıların da geniş rəğbətini qazanıb. Buna səbəb isə məhsulların yüksək keyfiyyət parametrlərinə sahib olması, eyni zamanda ekoloji sağlam olması, həm də müasir inşaat materiallarının istehsal standartlarına uyğun gəlməsidir. Sərgi müddətində bir çox korporativ əməkdaşlıqlar, yeni ixrac imkanları haqqında da müzakirələr aparılıb.

Qeyd edək ki, “MosBuild” sərgisi bu il 25-ci dəfə təşkil olunub. Sərgidə dünyanın 40 ölkəsindən 1200-dən çox şirkət iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271