SƏNAYE

“Azəristiliktəchizat”ın fəaliyyəti ilə bağlı yenilik
08 APREL
177

“Azəristiliktəchizat”ın fəaliyyəti ilə bağlı yenilik

2019-04-08 11:38:00

Fins.az xəbər verir ki, Azərbaycan Energetijka Nazirliyindən verilən məlumatda bildirir ki, Almaniyanın “VPC Sustainable Engineering and Consulting GMBH” şirkəti “Azəristiliktəchizat” ASC-nin fəaliyyətinin diaqnostikası və optimallşadırılması üzrə mərhələli tədbirlər planını hazırlayacaq.“VPC Sustainable Engineering and Consulting GMBH” “Azəristiliktəchizat”ın fəaliyyətinin diaqnostikası və texniki, təşkilati və maliyyə vəziyyətinin optimallaşdırılması üzrə mərhələli tədbirlər planının işlənməsinə dair Energetika Nazirliyinin elan etdiyi tenderin qalibi oldu. Qeyd olunan şirkət ilə artıq müvafiq müqavilə imzalanıb”, - məlumatda deyilir.

Nazirliyin məlumatına görə, tədbirlər planının hazırlanması Azərbaycanda davamlı və etibarlı istilik təchizatı sisteminin yaradılması, istehlakçıların fasiləsiz və keyfiyyətli istilik enerjisi ilə təminatı, istilik istehsalı məqsədilə elektrik enerjisi və qaz xərclərinin azaldılması, yanğına qarşı və ekoloji təhlükəsizliyin təminatına yönəldilib.«Azəristiliktəchizat» ASC 2004-cü ildə yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.902
  • ₽ RUB
    0.0265