SƏNAYE

Martda Naxçıvana verilən elektrik enerjisinin miqdarı və satışından toplanan vəsaitin həcmi açıqlanıb
05 APREL
172

Martda Naxçıvana verilən elektrik enerjisinin miqdarı və satışından toplanan vəsaitin həcmi açıqlanıb

2019-04-05 15:12:00

Bu ilin mart ayında Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti üzrə verilən elektrik enerjisinin miqdarı, elektrik enerjisi satışından toplanan vəsait və ödənilmə faizi barədə məlumat açıqlanıb.

Fins.az-ın məlumatına görə, martda Muxtar Respublikaya verilən elektrik enerjisinin ümumi həcmi 24 300 min kvt/saat təşkil edib. Ötən ay üzrə verilən elektrik enerjisinin ümumi dəyəri 1986,9 min manat olub. Belə ki, daxil olan vəsaitin həcmi isə 1 982,8 min manat təşkil edib. Muxtar Respublikada elektrik enerjisinin istifadəsinə görə ödənilmə faizi 99,8 olub.

Belə ki, Naxçıvan şəhərində verilən elektrik enerjisinin ümumi həcmi 3 603 min kvt/saat, verilən elektrik enerjisinin ümumi dəyəri 263 min manat, daxil olan vəsaitin həcmi 263 min manat. Beləliklə, elektrik enerjisinin istifadəsinə görə yığımı 100% icra edilib.

Şahbuz rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 433 min kvt/saat, verilən elektrik enerjisinin ümumi dəyəri 30,5 min manat, daxil olan vəsaitin həcmi isə 30,5 min manat təşkil edib. Bu rayonda elektrik enerjisinin istifadəsinə görə yığımı 100% icra edilib.

Culfa rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 773 min kvt/saat, verilən elektrik enerjisinin ümumi dəyəri 54,9 min manat, daxil olan vəsaitin həcmi isə 54,9 min manat olub. Culfada elektrik enerjisinin istifadəsinə görə yığımı 100% icra edilib.

Ordubad rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 983 min kvt/saat, verilən elektrik enerjisinin ümumi dəyəri 69,8 min manat, daxil olan vəsaitin həcmi isə 69,8 min manat olub. Ordubadda elektrik enerjisinin istifadəsinə görə yığımı 100% icra edilib.

Şərur rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 2 245 min kvt/saat, verilən elektrik enerjisinin ümumi dəyəri 159,4 min manat, daxil olan vəsaitin həcmi 159,4 min manat təşkil edib. Şərurda elektrik enerjisinin istifadəsinə görə yığımı 100% icra edilib.

Ötən ay Sədərək rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 184 min kvt/saat olub. Bu rayonda verilən elektrik enerjisinin ümumi dəyəri 13 min manat, daxil olan vəsaitin həcmi 13 min manat olub. Bu rayonda elektrik enerjisinin istifadəsinə görə yığımı 100% olub.

Kəngərli rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 769 min kvt/saat olub. Ötən ay bu rayonda verilən elektrik enerjisinin ümumi dəyəri 54,6 min manat, daxil olan vəsaitin həcmi 54,6 min manat olub. Bu rayonda elektrik enerjisinin istifadəsinə görə yığımı 100% olub.

Martda Babək rayonu verilən elektrik enerjisinin ümumi həcmi 1 620 min kvt/saat təşkil edib. Babəkdə verilən elektrik enerjisinin ümumi dəyəri 115 min manat, daxil olan vəsaitin həcmi 115 min manat olub. Bu rayonda da elektrik enerjisinin istifadəsinə görə yığımı 100% olub.

Bu ilin üçüncü ayında Muxtar Respublikanın müəssisə və təşkilatlarına verilən elektrik enerjisinin ümumi həcmi 13 407 min kvt/saat təşkil edib. Büdcə təşkilatlarına verilən elektrik enerjisinin ümumi dəyəri 1 206,6 min manat, daxil olan vəsaitin həcmi 1 202,5 min manat olub. Müəssisə və təşkilatlarının elektrik enerjisinin istifadəsinə görə yığımı 99,7% olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027