SƏNAYE

Famil Sadıqov “Gazprom” sədrinin müavini vəzifəsinə təyin edilib
04 APREL
308

Famil Sadıqov “Gazprom” sədrinin müavini vəzifəsinə təyin edilib

2019-04-04 22:50:00

Famil Kamil oğlu Sadıqov “Gazprom” Səhmdar Cəmiyyəti sədrinin maliyyə-iqtisad məsələləri üzrə müavini vəzifəsinə təyin edilib. Fins.az-ın məlumatına görə, Sadıqov bu vəzifədə dövlət qulluğuna keçmiş Andrey Kruqlovu əvəzləyib. 2009-cu ildən indiyədək F. Sadıqov “Gazprombank” İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb. F.Sadiqov 3 mart 1968-ci ildə Naxçıvanda anadan olub. Sergo Ordzhonikidze adına Dövlət İdarəçilik Akademiyasını (Moskva) “avtonəqliyyatın iqtisadiyyatı və idarə edilməsi” ixtisası üzrə bitirib. Həmçinin Ümumrusiya Vergilər Akademiyasının məzunudur.  İqtisad elmləri namizədidir. F.Sadıqov 1995-1996-cı illərdə RF maliyyə nazirinin I müavinin müşaviri vəzifəsində çalışmışdır. 1997-1998-ci illərdə Rusiya Federal Yolar Xidmətində çalışıb. 1998-1999-cu illərdə Rusuya Federal Yollar Xidməti rəhbərinin müavini vəzifəsində işləyib. 1999-2004-cü illərdə Rusiya Federasiyasının vergilər və yığımlar nazirinin müavini, 2005-ci ildən 2009-cu ilədək – Federal Xəzinədarlıq Baş İdarəsinin rəis müavini vəzifəsində çalışıb. 2009-cu ildə “Gazprombank” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini təyin edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.902
  • ₽ RUB
    0.0265