SƏNAYE

"Fitch Ratings-in neftin qiyməti ilə bağlı proqnozu
04 APREL
116

"Fitch Ratings-in neftin qiyməti ilə bağlı proqnozu

2019-04-04 12:53:00

Fins.az-ın məlumatına görə, “Fitch Ratings” beynəlxalq reytinq agentliyi uzunmüddətli perspektivdə neftin ucuzlaşacağını proqnozlaşdırır."Bizim əsas proqnozlarımıza görə, 2019-cu ildə neftin bir barelinin qiyməti təxminən $65, 2020-ci ildə $62,5 olacaq, daha sonra isə tədricən $57,5-dək ucuzlaşacaq. 2019-cu ildə stress proqnozu 1 barelə görə $50, 2020-ci ildə $45, uzunmüddətli perspektivdə isə təxminən $50 olacaq", - deyə agentliyin nümayəndəsi Dmitri Marinçenko “Fitch Ratings” agentliyinin bu gün Bakıda keçirilən Azərbaycan üzrə illik konfransında bildirib.

Onun sözlərinə görə, ilin əvvəli ilə müqayisədə neftin bir qədər bahalaşmasına baxmayaraq, bazarda volatillik qalmaqda davam edir.

"Müsbət meyllər arasında OPEC-in səylərini qeyd etmək olar, geosiyasi qeyri-sabitlik, eyni zamanda, ABŞ-ın İrana qarşı sanksiyaları, Venesuela, Nigeriya və Liviyada qeyri-sabit hasilat, ABŞ-da hasilatın artması, ticarət müharibələri və s. mənfi amillər arasında yer alır”, - deyə D.Marinçenko vurğulayıb.*

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266