SƏNAYE

Rusiya ilə Sumqayıt Kimya Sənaye Parkı arasında əməkdaşlıq
04 APREL
84

Rusiya ilə Sumqayıt Kimya Sənaye Parkı arasında əməkdaşlıq

2019-04-04 11:23:00

Rusiyanın "Baltiyskiy Delovoy Klub" QKT-nın prezidenti Sergey Lyutareviçin rəhbərlik etdiyi nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkında olublar.Qonaqlara Sumqayıt Kimya Sənaye Parkında görülən işlər, parkda yerləşən müəssisələr barədə məlumat verilib.Fins.az-ın məlumatına görə , Sənaye parkında investorlar üçün yaradılmış güzəşt mexanizmləri və xidmətlər barədə fikir mübadiləsi aparılaraq bildirilib ki,parkın yeraltı və yerüstü infrastrukturunun tikintisi dövlət vəsaiti hesabına maliyyələşdirilir ki, bu da investisiya layihələrini daha səmərəli edir.

Sumqayıt Kimya Sənaye Parkında yerləşən rezidentlər 7 il müddətinə mənfəət, əmlak, torpaq vergilərindən, eləcə də parka istehsal məqsədi ilə gətirilən texnika, texnoloji avadanlıqlar və qurğular ƏDV və gömrük rüsumundan azad olunur. Parkın hazırda 18 rezidenti qeydiyyata alınıb və bunlardan da 13-ü artıq istehsal fəaliyyətinə başlayıb. Daha 4 müəssisənin isə 2019-cu il ərzində istifadəyə verilməsi nəzərdə tutulub. Sənaye parkında SOCAR Polymer, Karbamid zavodu, STP kimi böyük müəssisələr ölkə miqyaslı layihələr icra edir. Bu müəssisələrin məhsulları daxili bazarlarda təlabatı ödəməklə yanaşı dünya bazarlarına da çıxarılır.
Daha sonra qonaqlar "STP" MMC-də olublar. Qonaqlara STP-nin müəssisələri və bu müəssisələrin istehsal etdikləri məhsullar haqqında təqdimat keçirilib. Təqdimatdan sonra qonaqlar STP-də fəaliyyət göstərən Kabel zavodunda oldublar. Zavodda gedən istehsal prosesi ilə, eləcə də zavodun istehsal etdiyi məhsullarla tanış olublar.

Müəllif:Aynur Qəniyeva 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266