SƏNAYE

33 milyon avro vəsaitin ayrıldı
04 APREL
61

33 milyon avro vəsaitin ayrıldı

2019-04-04 10:38:00

Avropa Komissiyası Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) tikintisi üçün 33 milyon avro vəsaitin ayrılmasına razılıq verib.

Avropa Komissiyasının bu barədə məlumatında bildirilir ki, vəsait Yunanıstanın Komotini şəhəri ilə Bolqarıstanın Stara Zaqora şəhəri arasında 182 kilometrlik transsərhəd qaz magistralının tikintisinə yönəldiləcək: “IGB ümumi maraq kəsb edən Avropa layihəsidir.  İki ölkənin qaz sistemləri ilk dəfə birləşəcək və bu, regionda enerji mənbələrini şaxələndirməklə enerji təhlükəsizliyini artıracaq. Qaz bazarında rəqabətin artması ilə istehlakçılar daha ucuz qaz ala biləcəklər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266