SƏNAYE

"Şahdəniz" yatağında qaz hasilatı artacaq-AİB-nın proqnozu FİNS
03 APREL
195

"Şahdəniz" yatağında qaz hasilatı artacaq-AİB-nın proqnozu FİNS

2019-04-03 10:54:00

Fins.az-ın məlumatına görə, Asian Development Outlook 2019 icmalında Azərbaycanın qaz hasilatı və sənaye istehsalı ilə bağlı proqnozlar açıqlanıb.“Proqnozlara əsasən, 2019-cu ildə dövlət investisiyaları və istehlakın artması hesabına ÜDM-in artımı 2,5%-ə çatacaq və “Şahdəniz” yatağında qaz hasilatının artımı hesabına 2020-ci ildə 2,7%-dək sürətlənəcək”, - icmalda qeyd olunur.AİB 2019-2020-ci illərdə ölkədə illik sənaye istehsalının artımını məhsul istehsalı və qaz hasilatının artması hesabına 1% səviyyəsində proqnozlaşdırır. Daha sonra “Qaz ixracının artmasına baxmayaraq, neftin orta qiymətinin daha aşağı olması 2019-cu ildə ümumi ixrac həcmini 7,5% azaldacaq, gələcəkdə “Şahdəniz” yatağında qaz hasilatının artımı 2020-ci ildə ixracın 1% artımına gətirəcək. 2019-cu ildə idxalın 19,9% azalması gözlənilir, lakin 2020-c ildə daxili tələbatı ödəmək məqsədilə malların ölkəyə idaxlının artımı 11,1% təşkil edəcək”, - icmalda vurğulanır.

Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.902
  • ₽ RUB
    0.0265