SƏNAYE

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda bu sahəyə dəstək verəcək
26 MART
106

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda bu sahəyə dəstək verəcək

2019-03-26 17:09:00

Fins.az-ın məlumatına görə,Avropa Yenidənqurma və İnkişaf Bankı bərpa olunan enerji istehsalçıları üçün rəqabətqabiliyyətli (hərrac) sxemin hazırlanmasında və həyata keçirilməsində Azərbaycan Energetika Nazirliyinə dəstək məqsədilə məsləhətçi cəlb etməyi planlaşdırır.Bu planların reallaşdırılmasına 2019-cu ilin mayında başlamaq nəzərdə tutulur.Hərracların Avropa Yenidənqurma və İnkişaf Bankının texniki əməkdaşlıq fondları tərəfindən maliyyələşdirilməsi planlaşdırılır. Qeyd edək ki, Avropa Yenidənqurma və İnkişaf Bakı Azərbaycanla 1992-ci ildən əməkdaşlıq edir. Bankın iri kreditlər ayırdığı layihələr sırasında Transanadolu boru kəmərinin tikintisinin maliyyələşdirilməsi (500 milyon dollar) və “Şahdəniz 2”-nin işlənməsi (1 milyard dollar) də var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266