SƏNAYE

“SOCAR Petroleum SA” ötən il Rumıniyada satdığı məhsulların həcmini açıqlayıb
18 MART
113

“SOCAR Petroleum SA” ötən il Rumıniyada satdığı məhsulların həcmini açıqlayıb

2019-03-18 17:00:00

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Rumıniyadakı törəməsi “SOCAR Petroleum SA” şirkəti 2018-ci ildə bu ölkədə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində hansı həcmdə məhsullar realizə edildiyini açıqlayıb.

Fins.az xəbər verir ki, Reportun sorğusuna cavab olaraq “SOCAR Petroleum SA” şirkətindən bildirilib ki, ötən il ərzində pərakəndə satışdan 80 min kub metr məhsul realizə olunub.

Rumıniyanın şimalında ilkin olaraq 12 yanacaqdoldurma məntəqəsi ilə bazara daxil olan şirkət hazırda ölkənin dörd bir tərəfini əhatə etməklə 19 regionda 42 YDM şəbəkəsinə malikdir.

Qeyd edək ki, 2011-ci ildən etibarən SOCAR Rumıniyada törəmə şirkəti - “SOCAR Petroleum SA”nı təsis etməklə SOCAR brendi altında yanacaqdoldurma məntəqələri vasitəsi ilə Rumıniya ərazisində neft məhsullarının topdan və pərakəndə satışına başlayıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266