SƏNAYE

“Suraxanı Oil” əməliyyat şirkəti açıq tender elan edib
16 MART
361

“Suraxanı Oil” əməliyyat şirkəti açıq tender elan edib

2019-03-16 14:13:00

“Surakhanı Oil Operation Company S.A.” şirkətinin Azərbaycandakı nümayəndəliyi açıq tender elan edib.Fins.az rəsmi qəzetə istinadən xəbər verir ki, tender 3 lot üzrə keçirilir. Tender 2 090 tonluq nasos - kompressor borularının satınalınması, 30 000 ədəd nasos ştanqlarının, mufta və protektorla birgə satınalınması, 2 025 ədəd ştanqlı quyu nasoslarının satınalınması məqsədilə keçirilir. Tenderdə iştirak haqqı Lot-1 üçün 500 manat, Lot-2 və lot -3 üçün isə hər birinə 300 manatdır. Tender iştirakçılarından tələb olunan sənədlər aprelin 26-sı saat 17.00-a qədər bir nüsxədə, tender təklifi isə mayın 6-sı saat 17.00-a qədər ikiqat zərfdə bağlanıb möhürlənmiş şəkildə iki nüsxədə (əsli və surəti) AZ1042, Bakı şəhəri, Suraxanı qəsəbəsi, Xanlar Ələkbərov küçəsindəki inzibati binada təqdim edilməlidir. Tender zərflərinin açılışı proseduru mayın 7-si saat 11.00-da yuxarıdakı ünvanda keçiriləcək

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9052
  • ₽ RUB
    0.0264