SƏNAYE

İlk dəfə üzüm arağı istehsal edən - "Savalan" şərab zavodu
15 MART
889

İlk dəfə üzüm arağı istehsal edən - "Savalan" şərab zavodu

2019-03-15 11:51:00

“ASPİ AQRO” MMC-nin “Savalan” üzüm emalı və şərab istehsalı zavodu 2010-cu ildə Prezident İlham Əliyevin iştirakı ilə fəaliyyətə başlayıb istifadəyə verilib.Fins.az məlumat verir ki, Savalan şərab zavodunun əsas payçısı olan ASPI AQRO MMC 2007-ci ildə qurulub və özünün əsas fəaliyyət istiqaməti kimi üzümün becərilməsi və yüksək keyfiyyətli şərab istehsalını seçib. Üzüm bağının salınması mərhələsində tinglərinin istehsalı və satışı üzrə dünyanın ən qabaqcıl şirkətləri olan İtaliyanın “VİVA Cooperative Rausedo” VCR və Fransanın “GONTARD FRERES” şirkətləri ilə əməkdaşlıq edib, onların rəyi əsasında Qəbələ rayonunda Savalan vadisində geniş üzüm sahələri salıb. Ərazinin təbii şəraiti və temperatur göstəriciləri, eyni zamanda bu ərazidən götürülmüş torpaq nümunələrinin İtaliya və Fransa şirkətlərinin laboratoriyalarında aparılmış analizləri bu yerdə yüksək keyfiyyətli nadir üzüm sortlarının yetişdirilməsinin mümkünlüyünə əsas verir.  Bu göstəricilərə əsasən İtaliya və Fransanın üzümçülük şirkətləri ilə “ASPİ AQRO” MMC-nin mütəxəssislərinin birgə səyi nəticəsində ərazidə əkiləcək üzüm növləri və onların kök sistemləri seçilib. Seçilmiş növlər üzrə İtaliyanın “VİVA Cooperative Rausedo” VCR və Fransanın “Gontard Freres” şirkətlərindən yüksək keyfiyyətli üzüm tingləri gətirilib və qəbul edilmiş normativlər əsasında əkilib.Hazırda şirkətin 345 hektar sahədə üzüm bağı mövcuddur ki, bunun 295 hektarı texniki növ, 50 hektarı isə süfrə növündən olan üzüm bağlarıdır. Şirkətin Qəbələ rayonundakı üzüm bağlarında 22 texniki ("Şardone", "Pino Nuar", "Kaberne Saviqnon", “Merlot", “Grenaj”, “Kaberne Frank”, “Syrah”, “Alikante Buşe”, “Rislink”, “Vioqnier”, “Rebo”, “Arinorno”, “Verdeco”, “Marselan”, “Peti Vedro”, “Muskat Blanko”, Montepulucano Aliateko”, “Traminer”, “Mauvedro”, “Fransız Kolumbard”) və 14 süfrə (“İtaliya”, “Mikele-Poleri”, “Krimson”, “Redjina”, “Sultanina”, “Prima Kardinal”, “Viktoriya”, “Matilve”, “Muskat”, “Qambruski”, “Black Macig”, “Alponse”, “Qentenyal”, “Danlas”) üzüm sortları yetişdirilir. Bu üzüm növlərinin şərab üçün yararlı olanları İtaliyanın ən məşhur şirkətlərindən biri olan "Della Tofolla" şirkətinin avadanlıqları ilə təchiz olunmuş şərab zavodunda şərab istehsalı üçün istifadə olunur. “Savalan” üzüm emalı müəssisəsinin illik istehsal gücü 1000 ton şərabdır.Hazırda “Savalan” brendi ilə 19 çeşiddə şərab istehsal olunur və onların əksəriyyəti xarici ölkələrə ixrac edilir. “Savalan” şərab zavodunun istehsal etdiyi Traminer, Moscato, Elisa, Rose, Aleatico, Cabernet Sauvignon, Cabernet Merlot, Merlot, Petit Verdot kimi şərabları süfrələrdə arzuolunan şərab növləri hesab olunur. 2018-ci ilin mart ayında "Savalan" yeni "Elisa Winemaker Reserve" şərabını təqdim edərək öz şərab xəttini genişləndirilib.ASPI AQRO şirkəti bu ilk dəfə SAVALAN brendi altında Grappolo üzüm arağı və Zoğal arağı istehsalına başlayıb. Artıq şəhərimizin böyük marketlərində, şərab mağazalarında və SAVALAN-ın öz satış mağazasında SAVALAN şərabları ilə yanaşı meyvə arağı və grappoya rast gəlmək mümükündürSavalan şərabları öz təşəbbüsü ilə ilk dəfə 2016-cı ildə Fransanın şərabçılıq üzrə məşhur Bordo şəhərində yerləşən beynəlxalq şərab muzeyində nümayiş olunmağa başlayıb. Savalan şərablarının satışı Avropa ölkələri ilə yanaşı, Rusiya, Belarusiya, Ukrayna, Çin, Yaponiya bazarında da uğurla həyata keçilir.SAVALAN şərabları bir çox beynəlxalq müsabiqələrdə müxtəlif mükafatlara laiq görülüb. Belə ki, 2017-ci il Londonda keçirilən Beynəlxalq Şərab və Spritli İçkilər (IWSC, London Wine Fair Olympia) müsabiqəsində Savalan Marselan – Syrah Reserve 2013 gümüş,  Savalan Syrah Reserve 2013 şərabı isə bürünc medalla mükafatlandırılıb. Elə həmin il Londonda keçirilən digər nüfuzlu DECANTER Dünya Şərab müsabiqəsində Savalan Limited Release Reserve 2013 şərabı bürünc medala layiq görülüb. Bundan başqa London Şərab Müsabiqəsində (London Wine Competition) Savalan Limited Release Reserve 2013 gümüş medulla təltif olunub. Fransanın Bordo şəhərində keçirilən Challenge International du Vin festivalı isə  Cabernet Sauvignon Reserve 2013 şərabını  bürünc medulla mükafatlandırıb.2018-ci ildə isə yeni istehsal olunan Savalan Elisa Winemaker White Dry Reserve 2016 şərabı “MUNDUS VINI” Beynəlxalq Şərab müsabiqəsində gümüş, Special Edition 2012 şərabı isə qızıl medal qazanıb.Həmçinin 2015-ci və 2016-cı illərdə Almaniyanın Düsserdolf şəhərində keçirilən “MUNDUS VINI” Beynəlxalq Şərab festivallarında zavodun “Petit Verdot” və "Cabernet Sauvignon" adlı şərabları qızıl medal, “Viognier” adlı şərab isə gümüş medal, 2016-ci ildə Çinin Qunaço vilayətində keçirilən “İnterwine” Beynəlxaq Şərab sərgisində “Syrah” adlı şərab qızıl medal qazanıb.

Müəllif:Aynur Qəniyeva

 

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272