SƏNAYE

Azərbaycan neft və qaz ixracını kəskin artırıb
15 MART
136

Azərbaycan neft və qaz ixracını kəskin artırıb

2019-03-15 10:23:00

Yanvar-fevral ayları ərzində Azərbaycandan dəyəri 2,6 milyard ABŞ dollarından çox 5,78 milyon ton xam neft ixrac olunub. Fins.az-ın məlumatına görə bu barədə Dövlət Gömrük Komitəsinin yaydığı aylıq hesabatında deyilir.Ötən ilin eyni dövrü ilə müqayisədə xam neft ixracınən dəyəri 42,5%, həcmi isə 58,4% artıb. 2019-cu ilin yanvar-fevral ayları ərzində Azərbaycandan 212,3 milyon dollar dəyərində 2,2 milyard kubmetr təbii qaz ixrac olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 7,2 və 9,8 dəfə çoxdur.Azərbaycan ixracının 87,4%-i xam neft və qazın payına düşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9143
  • ₽ RUB
    0.0267