SƏNAYE

Azərbaycan İran ilə birgə əczaçılıq zavodu açacaq
14 MART
186

Azərbaycan İran ilə birgə əczaçılıq zavodu açacaq

2019-03-14 17:20:00

Fins.az-ın məlumatına görə, Azərbaycanla İran arasında iqtisadi-ticarət əlaqələri barədə məlumat verən Şahin Mustafayev qeyd edib ki, ötən dövrdə ticarət əlaqələrinin inkişaf etdirilməsi istiqamətində davamlı tədbirlər görülüb, ticarət dövriyyəsi 2018-ci ildə əvvəlki ilə nisbətən 74% artıb. Ölkələrimiz arasında qarşılıqlı investisiya qoyuluşu sahəsində də uğurlu əməkdaşlıq həyata keçirilir. Bu əməkdaşlığın nümunəsi kimi Neftçala Sənaye Məhəlləsində birgə “Xəzər” avtomobil istehsalı zavodunu göstərmək olar. Qeyd olunub ki, Zavodda istehsal olunan avtomobillərin artıq 95%-i satılıb. Bununla yanaşı, Pirallahı Sənaye Parkında “Caspian Pharmed” birgə əczaçılıq zavodu tikiləcək.

Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262