SƏNAYE

Azərbaycan bu ölkə ilə birgə SCANIA avtobuslarını istehsal edəcək
14 MART
186

Azərbaycan bu ölkə ilə birgə SCANIA avtobuslarını istehsal edəcək

2019-03-14 14:20:00

Fins.az-ın məlumatına görə,Azərbaycan İranla birlikdə SCANIA markalı avtobusların istehsalını təşkil etməyi planlaşdırır. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib.“Sabah Hacıqabul Sənaye Məhəlləsində Azərbaycanda SCANIA markalı avtobuslar istehsal edəcək birgə müəssisənin yaradılmasına dair sənəd imzalanacaq”, - deyə o, bu gün Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda bildirib. SCANIA avtobuslarının birgə istehsalını Azərbaycanın "AzEuroCar" şirkəti İran şirkətlərindən biri ilə həyata keçirməyi planlaşdırır.Hazırda “AzEuroCar” “İran Khodro” şirkəti ilə Azərbaycanda minik avtomobillərinin birgə istehsalını təşkil edib.2018-ci ilin mart ayında Neftçala Sənaye Məhəlləsində “Azərmaş” Azərbaycan-İran birgə zavodu işə salınıb. Zavodda istehsal olunan bütün avtomobillər “Avro-5” standartlarına uyğundur. I mərhələdə müəssisənin yaradılmasına $15 mln. məbləğində sərmayə qoyulub.2018-ci ildə zavodda 1,008 min ədəd “Xəzər” markalı avtomobil istehsal edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9143
  • ₽ RUB
    0.0267