SƏNAYE

ABŞ Azərbaycanın neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb
14 MART
143

ABŞ Azərbaycanın neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb

2019-03-14 10:07:00

Fins.az-ın məlumatına n görə ABŞ-ın Energetika Nazirliyi Azərbaycanın neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb.Bu barədə ABŞ-ın nazirlik yanında Energetika İnformasiyası Agentliyinin  "Qısamüddətli energetika proqnozu"nun mart nəşrində məlumat verilir.Bildirilir ki, Azərbaycan 2019-cu ildə orta hesabla gündə 0,78 milyonbarel neft və kondensat çıxarılacaq.Proqnozun məlumatlarına əsasən, 2019-cu ilin birinci rübündə hasilatın səviyyəsi gündə 0,79 milyon barel təşkil edəcək. İkinci rübdə hasilat dəyişməz qalacaq - 0,79 milyon barel. Cari ilin üçüncü və dördüncü rüblərində neft hasilatı və gündə 0,78 milyon barel neft və müvafiq olaraq 0,76 milyon barel kondensat səviyyəsində proqnozlaşdırılır.Agentliyin proqnozuna görə, 2020-ci ildə birgünlük hasilatın orta göstəricisi 0,76 milyon barel neft və kondensat təşkil edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9143
  • ₽ RUB
    0.0267