SƏNAYE

Beynəlxalq reytinq agentliyindən “Şahdəniz 2” layihəsində Gürcüstanin gəlirləri barədə açıqlama
11 MART
156

Beynəlxalq reytinq agentliyindən “Şahdəniz 2” layihəsində Gürcüstanin gəlirləri barədə açıqlama

2019-03-11 16:36:00

Fins.az-ın məlumatına görə, “Fitch" beynəlxalq reytinq agentliyi Gürcüstanın Neft və Qaz Korporasiyasının uzunmüddətli kredit reytinqini “BB-” səviyyəsindən “BB” səviyyəsinə yüksəldib. Gürcüstan bürosunun məlumatına görə, agentliyin şirkətin reytinqi üzrə, proqnozu isə "Sabit"dir."Fitchin qiymətləndirmələrinə əsasən, GNQK-nin, gəlirlərinin,artmasına bir neçə layihə təsir edəcək. Həmin layihələrə bu ilin IV rübündə tikintisinin başa çatdırılacağı gözlənilən “Qardabani 2” istilik stansiyası, “Şahdəniz 2” layihəsi və yeraltı qaz anbarı daxildir.Agentlik hesab edir ki, “Şahdəniz 2” layihəsinin həyata keçirilməsi GNQK-nin mənfəətliliyinə müsbət təsir göstərəcək. Belə ki, layihə nəticəsində qaz tranziti artacaq və bu da korporasiyanınkonsorsiumdan aldığı təbii qazın həcminin artmasına səbəb olacaq."Fitch" GNQK-nin 2018-2022-ci illər üçün böyük kredit göstəricilərini qoruyub saxlayacağına ümid edir, buna “Qardabani 2” istilik stansiyası və yeraltı qaz anbarı layihələrinin müsbət təsir edəcəyini qeyd,edib.GNQK-nin səhmlərinin 100%-i dövlət investisiya şirkəti olan “Tərəfdaşlıq Fondu”na məxsusdur. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262