SƏNAYE

Azərbaycanda BMW və Mercedes avtomobillərinə detal isehsalı niyə gecikir?
07 MART
430

Azərbaycanda BMW və Mercedes avtomobillərinə detal isehsalı niyə gecikir?

2019-03-07 16:44:00

STP –nin mətbuat xidmətinin sədri Rəşad Əliyevin fins.az-a verdiyi məlumata görə Almaniyanın məhşur avtomobil markalarının detalları Azərbaycanda istehsal olunması üçün qarşı tərəflə müzakirələr aparılır. O bildirib ki,  “BMW və Mercedes avtomobil firmalarının  müəyyən detalları Azərbaycanda istehsal olunması üçün həmin avtomobil markalarının rəsmiləri ilə danışıqlar aparılır. Danışıqların müsbət nəticələnməməsinin yeganə səbəbi Sumqayıt Texnologiya Parkında yerləşən  “Dəqiq Emal zavodu”nda istehsal olunan detala dəyişiklik vermək üçün xüsusi termik emal avadanlığıının olmamasıdır. Belə ki,həmin markaların detalının tam istehsalı hələ ki, mümükün deyil” sözügedən avtomobil markalarının rəsmiləri ilə danışıqların davam etdiyini deyən Rəşad Əliyev deyib ki, ”İstehsalı tam həyata keçirmək üçün  “Termik emal zavodu”nun  tikilməsi planlaşdırılır.Danışıqlar uğurla nəticələnsə  BMW və Mercedes avtomobillərinə mator mexanizminin detalı istehsal olunacaq”

Müəllif:Aynur Qəniyyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264