SƏNAYE

"SOCAR Energy Ukraine" 2018-ci ilin nəticələriylə bağlı açıqlama
05 MART
111

"SOCAR Energy Ukraine" 2018-ci ilin nəticələriylə bağlı açıqlama

2019-03-05 15:38:00

Fins.az-ın məlumatına görə, Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı törəmə şirkəti olan “SOCAR Energy Ukraine” 2018-ci ili tamamilə müştərilərə xidmət standartlarını yaxşılaşdırmağa və istehlakçı təcrübəsini asanlaşdırmaq üçün hazırlanmış texnoloji yenilikləri tətbiq etməyə həsr edib.Məlumata görə, nəticədə 2018-ci ilin yazında şirkət QR-kod texnologiyası əsasında Ukraynada ilk ödəniş həllinə başlayıb: “O vaxtdan bəri yanacaqdoldurma məntəqələrində yanacağa və alışa görə ödənişləri "SOCAR level" mobil tətbiqindən istifadə edərək həyata keçirmək mümkün olub. Payızda isə şirkət daha iki innovativ proqram işə salıb. Bunlar QR-kod skanı vasitəsilə seçilmiş içkinin ödənişinin həyata keçirilməsinin mümkün olduğu qəhvə maşınları və "Touch ID" və "Face ID" biometrik sensorlar vasitəsilə "SOCAR level" tətbiqində hesablama funksiyalarıdır”.Bildirilib ki, bundan başqa,topdansatış istiqamətində də şirkətin böyük uğurları qeyd edilə bilər. "Belə ki, ötən il ərzində "SOCAR Ukraine" Ticarət Evi bir milyardıncı təbii qazın çatdırılmasını həyata keçirib. Bununla da SOCAR Ukraynanın müstəqillik tarixində bir milyard kubmetr “mavi yanacaq” idxal edən daxili qaz bazarının üçüncü kommersiya oyunçusu olub”.Şirkətdən qeyd edilib ki, 2018-ci ildə Ukraynada “SOCAR” brendi ilə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri şəbəkəsi "Uğurun favoriti" ticarət markası reytinqinə əsasən ən yaxşı yanacaqdoldurma məntəqəsi statusuna layiq görülüb.Məlumata görə, bununla da "SOCAR Energy Ukraine" müvafiq olaraq ikinci və üçüncü yerdə olan yerli WOG və OKKO şirkətlərini qabaqlayıb.Ekspertlərin fikrincə, bu qələbənin səbəbi Ukraynadakı SOCAR-ın müştərilərini unikal xidmətlərlə heyran etməyə və yanacaq bazarının inkişafında tendensiyalar yaratmağa davam etməsidir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264