SƏNAYE

Azərbaycanın bu böyük zavodu investisiya müsabiqəsi ilə özəlləşdiriləcək
05 MART
191

Azərbaycanın bu böyük zavodu investisiya müsabiqəsi ilə özəlləşdiriləcək

2019-03-05 13:11:00

Fins.az-ın məlumatına görə, ölkə başçısının müvafiq Sərəncamına uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən özəlləşdirmə prosesinə nüfuzlu məsləhətçi şirkət cəlb ediləcək. Aparılacaq ayrıntılı iqtisadi-texniki təhlillər və marektinq araşdırması nəticəsində “Daşkəsən Filizsaflaşdırma” ASC-yə məxsus dəmir filizi mədənlərinin bazasında yerli xammala əsaslanan, idxalı əvəzləyəcək və ixrac potensiyalı olan polad məhsulların istehsalını təmin edəcək klasterin yaradılması istiqamətində investisiya qoyuluşlarına dair Şərtlər Toplusu hazırlanacaq.Qeyd olunmalıdır ki, müəssisənin investisiya müsabiqəsi üsulu ilə satışı nəzərdə tutulduğuna görə müsabiqədə iştirak edəcək yerli və xarici şirkətlərdən ən çox investisiya qoyan və onun daha səmərəli qoyuluşunu təklif edən investorlara üstünlük veriləcək. Təklif olunacaq investisiya proqramı ölkə daxilində xammaldan son məhsula qədər istehsal zəncirini əhatə edən inteqrasiya olunmuş polad zavodlarının tikintisini əhatə etməli, bölgədə ən az 1000 nəfər yeni iş yeri açılmasına şərait yaratmalıdır.

Müəssisəyə yerində baxış keçirmək, layihə və biznes planlarınız üçün fikir mübadiləsi aparmaq məqsədi ilə 490 24 08 (daxili: 191 və 208) nömrəsinə zəng edə,[email protected]elektron ünvanına məktub yaza və ya əlavə məlumat üçün aşağıdakı ünvana müraciət edə bilərsiniz: Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, 50 (Əmlak Məsələləri Dövlət Komitəsi, otaq №810).

Elan şərtləri ilə tanış olmaq üçün bu keçiddən istifadə edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.897
  • ₽ RUB
    0.0264