SƏNAYE

Bir ildə “Şahdəniz”dən nə qədər təbii qaz çıxarılıb?
13 FEVRAL
153

Bir ildə “Şahdəniz”dən nə qədər təbii qaz çıxarılıb?

2019-02-13 16:54:00

Ötən il “Şahdəniz” yatağından 11,5 milyard standart kubmetr təbii qaz və 2,5 milyon ton (təqribən 20,5 milyon barrel) kondensat hasil olunub.  Fins.az xəbər verir ki, bu barədə “BP Azerbaijan” şirkətindən məlumat verilib. Bildirilib ki, mövcud “Şahdəniz” qurğularının maksimum hasilat gücü hazırda gündəlik 48 milyon standart kubmetr və ya ildə təqribən 16 milyard kubmetrdir. Keçən il, həmçinin “Şahdəniz” yatağından ümumi qaz hasilatı 100 milyard kubmetrə çatıb. Bu nailiyyət yataqdan ilk kommersiya qaz həcmlərinin hasilatına başlaması və Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) işə düşdüyü vaxtdan 12 il sonra – 2018-ci il dekabrın sonlarında əldə edilib. İl ərzində “Şahdəniz” yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (“GOGC” şirkətinə) və Türkiyə (“Botaş” şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qazın çatdırılması davam edib.

2018-ci ildə “Şahdəniz” üzrə fəaliyyətlərə 578 milyon dollardan çox əməliyyat və təxminən 1,44 milyard dollar isə əsaslı xərclər sərf olunub. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz-2” layihəsinə aiddir. “Şahdəniz”də iştirak payları belədir: BP (operator – 28,8 faiz), AzŞD (10 faiz), “SGC Upstream” (6,7 faiz), “Petronas” (15,5 faiz), “LUKoil” (10 faiz), “NICO” (10 faiz) və “TPAO” (19 faiz).

© AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262