SƏNAYE

Neft məhsullarının əsas növləri
13 FEVRAL
154

Neft məhsullarının əsas növləri

2019-02-13 13:38:00

Neft məhsullarının əsas növləri

Fins.az-ın məlumatına görə, neftin emalı zamanı başlıca olaraq benzin, ağ neft sürtücü yağları alınır. Ağ neft, yanacaq növü şəffaf maye olub, ağ və göyümtül rənginə çalır. Bunun qaynama temperaturası 150-300°C olur. Ağ neft neftin birbaşa qovulması zamanı benzindən sonra alınan ikinci məhsul növüdür. Ağ neft əsasən iki tipdə yəni traktor və işıqlandırıcı, qızdırıcı cihazlarda istifadə olunan tiplərdə istehsal olunur. Traktor üçün istifadə olunan neftin oktan ədədi 40-dan aşağı olmamalıdır.

Bunun rəngi sarıya çalan və göyümtül olmalıdır. Yanacaq üçün istifadə olunan ağ neft özü adi və yaxud işıqlandırıcı, habelə işıqlandırıcı ağır çəkili neftən ayrılır.

Adi neftdən alınan əsas məhsullardan birisi sayılır. Bunun keyfiyyət göstəriciləri dedikdə 270°C temperaturda, 70% və 315°C temperaturda isə 98%-e qədər fraksiyalarla ayrılması ilə xarakterizə olunur. Ağ neft lampalarda açıq alovla hissiz və iysiz halda yanmalıdır. Yanan zaman hissiz alovunun hündürlüyü 20 mmdən az olmamalıdır. İşıqlandırıcı xassəsi nə qədər yüksək olarsa, belə neft hissiz alovla yanmalıdır. Bunun alışma dərəcəsi 40-dan aşağı olmamalıdır. Neft nə qədər şəffaf olarsa, onun keyfiyyəti də bir o qədər yuxarı ola bilər. Bu xassəni isə standart göstərici ilə normalaşdırmaqla kalorimetrin köməyi ilə təmin edirlər. Yüksək keyfiyyətli ağ neftin tərkibində mexaniki qarışıqların, suyun və suda həll olan turşu qələvilərin olmasına qətiyyən icazə verilmir. İşıqlandırıcı ağ neft eyni zamanda məişət qızdırıcı cihazlalarında da yanacaq kimi həlledici və s. məqsədlərə də istifadə oluna bilir. İşıqlandırıcı ağır ağ neft adi işıqlandırıcı neftdən daha yüksək sıxlığa malik olması və alışma dərəcəsinin yüksək olması ilə fərqlənir. Bunun alışma dərəcəsi qapalı tigeldə 90°C-ə bərabərdir. Bu neft növündən xüsusi təyinatlı lampalardan istifadə etməklə daha yüksək yanğın təhlükəsizliyi təmin edilmiş yerlərin işıqlandırılmasında istifadə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9068
  • ₽ RUB
    0.0267