SƏNAYE

Sənaye məhsullarının istehsalı artıb?
13 FEVRAL
62

Sənaye məhsullarının istehsalı artıb?

2019-02-13 13:03:00

Bu ilin yanvar ayında Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 3,8 mlrd. manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,4%çox sənaye məhsulu istehsal edilib. Fins.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 13,8% artıb. Sənaye məhsulunun 72,5%-i mədənçıxarma sektorunda, 22%-i emal sektorunda, 4,8%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda neft hasilatı 0,8% azalıb, əmtəəlik qaz hasilatı isə 26,4% artıb. Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,9 dəfə, mebel istehsalı 2,3 dəfə, maşın və avadanlıqların istehsalı 2,1 dəfə, kağız və karton istehsalı 75,2%, rezin və plastik kütlə məmulatlarının istehsalı 63,3%, ağacın emalı və ağacdan məmulatların istehsalı 58,7%, toxuculuq sənayesi məhsullarının istehsalı 56,9%, içkilərin istehsalı 48,9%, kompüter, elektron və optik məhsulların istehsalı 37,1%, kimya sənayesi məhsullarının istehsalı 35,4%, elektrik avadanlıqlarının istehsalı 25,9%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri15%, sair nəqliyyat vasitələrinin istehsalı 11,9%, tikinti materiallarının istehsalı 6,8%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 1,5% artıb, poliqrafiya məhsullarının istehsalı 0,8%, metallurgiya sənayesi məhsullarının istehsalı 16,1%, əczaçılıq məhsullarının istehsalı 24,4%, hazır metal məmulatlarının istehsalı 25,4%, geyim istehsalı 32,3%, tütün məmulatlarının istehsalı isə 33,5% azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,5%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 8,1% artıb.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9187
  • ₽ RUB
    0.0255