SƏNAYE

SOCAR-ın bu layihəsinə üçüncü tərəfdaş qoşulacaq
08 FEVRAL
153

SOCAR-ın bu layihəsinə üçüncü tərəfdaş qoşulacaq

2019-02-08 12:56:00

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) BP şirkəti ilə birgə Türkiyədə həyata keçirməyi planlaşdırdığı yeni neft-kimya kompleksi layihəsinə üçüncü tərəfdaş da qoşulacaq. Fins.az-ın məlumatına görə, Report Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə SOCAR-ın Türkiyədəki törəmə şirkəti - “SOCAR Turkey Enerji A.Ş.”nin baş icraçı direktoru Zaur Qəhrəmanov bildirib.

Onun sözlərinə görə, yeni tərəfdaş bu ayın sonunda məlum olacaq. Z. Qəhrəmanov qeyd edib ki, yeni tərəfdaş maliyyə qurumu olacaq və layihədə payı 10-15% təşkil edəcək. O, bu ilin sonuna qədər yekun investisiya qərarının qəbul olunacağını, kompleksin 2022-ci ilin sonuna istismara veriləcəyini deyib. "SOCAR Turkey" rəhbərinin sözlərinə görə, yeni neft-kimya kompleksinin investisiya dəyəri 1,8 mlrd. dollar təşkil edəcək. Z. Qəhrəmanov bu layihə ilə Türkiyənin cari kəsirinin 5-6 mlrd. dollar azalacağını qeyd edib. “Bu layihə sayəsində Türkiyənin neft-kimya bazarında payımız artacaq, eyni zamanda neft-kimya məhsullarının Türkiyəyə idxalı azalaq və biz cari kəsrinin aşağı düşməsinə töhfə verəcəyik. Türkiyədəki bütün layihələrimizdə bu hədəf istiqamətində çalışırıq”,- “SOCAR Turkey” rəhbəri deyib.

Qeyd edək ki, SOCAR Türkiyədə yeni-neft kimya kompleksi layihəsi həyata keçirmək niyyətini bir neçə ildir ki, elan edib. Ötən il dekabrın 20-də BP və “SOCAR Turkey Enerji” arasında Türkiyədə neft-kimya kompleksinin tikilməsi və onun idarəçiliyinin həyata keçirilməsi üçün birgə müəssisə yaradılması planlarının dəyərləndirilməsinə dair saziş prinsipləri imzalanıb.Türkiyənin qərbində, Əliağa bölgəsində tikiləcək müəssisədə ildə 1,25 mln. ton saf tereftal turşusu (PTA), 840 min ton paraksilol (PX) və 340min ton benzol istehsalı nəzərdə tutulur. PTA poliester istehsalında əsas xammaldır. Poliesterlərdən ərzaq və içki konteynerlərinin, qablaşdırma materiallarının, materiyaların, foto və kinoplyonkaların, digər istehlak və sənaye əhəmiyyətli məhsulların istehsalında istifadə olunur. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.927
  • ₽ RUB
    0.0259