SƏNAYE

“SOCAR Turkey”in bazar dəyəri açıqlandı
08 FEVRAL
114

“SOCAR Turkey”in bazar dəyəri açıqlandı

2019-02-08 12:18:00

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A.Ş.”nin hazırda bazar dəyəri11 mlrd. dollara çatıb. Fins.az-ın məlumatına görə, Report Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə  “SOCAR Turkey Enerji”nin baş icraçı direktoru Zaur Qəhrəmanov   bildirib.

Qeyd edək ki, “Goldman Sachs” investisiya bankı 2015-ci ilin avqust ayında “SOCAR Turkey”in 13%-ni 1,3 mlrd. dollara satın alıb.

“Bu gün şirkətin dəyəri həyata keçirilən son investisiyaların təsiri ilə 11mlrd. dollar ətrafındadır. “SOCAR Turkey”in böyüklüyünə görə ümumilikdə SOCAR-da payı 35% təşkil edir”,- deyə o qeyd edib. Onun sözlərinə görə, yeni-neft kimya layihəsinin həyata keçirilməsi ilə şirkətin bazar dəyəri daha da artacaq. Bildirək ki, SOCAR Türkiyədəki investisiyalarına 2008-ci ildə Özəlləşdirmə İdarəsindən “Petkim”in 51%-ni 2,040mlrd. dollara alaraq başlayıb. SOCAR-ın “Petlim”, “Petkim”, STAR neft emalı zavodu və Trans-Anadolu Boru Kəməri (TANAP) layihələri daxil olmaqla, ümumi investisiyalarının həcmi hazırda 14,2 mlrd. dollara çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.927
  • ₽ RUB
    0.0259