SƏNAYE

Sumqayıt Texnologiyalar Parkında minlərlə iş yerləri AÇILIR
08 FEVRAL
270

Sumqayıt Texnologiyalar Parkında minlərlə iş yerləri AÇILIR

2019-02-08 11:10:00

Sumqayıt Texnologiyalar Parkı Azərbaycanın və regionun sənaye malları istehsal edən ən iri mərkəzlərindən biridir.

Fins.az xəbər veirr ki, bu gün Texnoparkda 2000-ə qədər əməkdaş fəaliyyət göstərir və bu say tələbin artması ilə on min nəfərə qədər yüksələ bilər. Təbii ki, bu da minlərlə yeni vakansiyaların açılması deməkdir. Son iki il ərzində STP haqqında yalnız müsbət xarakterli xəbərlər əldə edilir. Xüsusi ilə də yeni məhsulların yaradılması, mövcud məhsulların iri həcmli layihələrə təchiz olunması, müxtəlif ölkələrə edilən uğurlu ixracat əməliyyatları kimi aktiv fəaliyyətləri misal çəkə bilərik. Təbii ki, bütün bunlar son iki ildə Texnoparkın rəhbərliyinin apardığı uğurlu kadr siyasətinin nəticəsidir. Xüsusi ilə vurğulamaq lazımdır ki, Texnopark son 1 il ərzində Qazaxıstan, Tacikistan, Rusiya, Türkiyə, Gürcüstan, Almaniya, Danimarka, İngiltərə kimi ölkələrə müxtəlif adlarda məhsullar ixrac etməyi bacarıb.

Əldə olunmuş bu nailiyyətlərdə istifadə olunan ən son texnologiyaların, keyfiyyətli xam maddələrin, nəzarət olunan xüsusi tələblərin əhəmiyyəti çox böyükdür. Amma hesab edirik ki, bu uğurun arxasında gizlənən başlıca səbəb STP-nin apardığı uğurlu kadr siyasətidir. Çünki müasir avadanlıqların çalışması üçün yüksək kvalifikasiyalı əməkdaşlar tələb olunur. Sumqayıt Texnologiyalar Parkı uğurlarını artırmaq məqsədilə yüksək kvalifikasiyalı əməkdaşların cəlb edilməsi üçün tələb olunan müasir çalışma mühiti yaratmağı bacarıb. Əməkdaşları üçün yeniliklərə açıq olan şirkət, rəqabətli mühit, müxtəlif növ imtiyazlar təklif edir. İşə qəbul olunmaq istəyən bacarıqlı və təcrübəli kadrlar üçün isə bunlar seçim zamanı ən önəmli meyarlardan biridir. Şirkətin böyüklüyü və əməkdaşlarının sayının çox olması təlim və akkreditasiya işlərini daim davam edən prosesə çevirir. Bu baxımdan STP-də çalışmaq işləyən şəxslər daim üzərlərində işləməli, nəzəri və praktiki biliklərini artırmalı və iş prosesində standartların tələblərinə riayət etməlidir. Çünki beynəlxalq şirkətlərlə çalışan Sumqayıt Texnologiyalar Parkı məhz bu standartların tələblərinə cavab verməsi ilə rəqiblərindən müsbət mənada seçilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9068
  • ₽ RUB
    0.0267