SƏNAYE

Rövnəq Abdullayev: “Qaz ehtiyatları ilə bağlı gözləntilər böyükdür"
08 FEVRAL
255

Rövnəq Abdullayev: “Qaz ehtiyatları ilə bağlı gözləntilər böyükdür"

2019-02-08 10:47:00

Xəzərin Azərbaycan sektorunda yerləşən “Qarabağ” yatağında inşa olunan özülün dayaq blokunun 60%-i yekunlaşıb. Fins.az xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev AZƏRTAC-a müsahibəsində bildirib. O qeyd edib ki, “Qarabağ” yatağının neft və qaz ehtiyatları ilə bağlı gözləntilər böyükdür. “Bu yataqda hasilat və qazma işlərinin aparılması üçün yeni dəniz özülü inşa edilir. Özülün dayaq blokunda işlərin 60%-i artıq tamamlanıb. Eyni zamanda layihə üzrə yekun mühəndis layihələndirmə işləri aparılır”, - SOCAR prezidenti qeyd edib. O deyib ki, “Qarabağ” yatağından ilk məhsulun 2020-2021-ci illərdə əldə olunması proqnozlaşdırılır.

Qeyd edək ki, “Qarabağ” yatağının işlənməsi ilə əlaqədar Risk Xidməti” (RXS) Sazişi 2018-ci il mayın 30-da SOCAR-la Norveçin "Equinor" (keçmiş “Statoil”) şirkətləri arasında imzalanıb. Risk Xidməti Sazişinə əsasən, yataqda platformanın quraşdırılması nəzərdə tutulur. Layihənin icrası üçün hər iki şirkət tərəfindən 50-50 birgə əməliyyat şirkəti yaradılacaq. “Qarabağ” perspektivli dəniz strukturu kimi 1959-cu ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilib, 1984-cü ildə dəqiqləşdirilib və 1997-1998-ci illərdə kəşfiyyat qazması nəticəsində neft-qazlılığı təsdiqlənib. Yataq Bakıdan şərq istiqamətində 120 kilometr aralı, açıq dənizin 150-200 metr dərinliyində yerləşir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257