SƏNAYE

O bölgənin elektrik enerjisi yenidən qurulur
07 FEVRAL
307

O bölgənin elektrik enerjisi yenidən qurulur

2019-02-07 14:28:00

Zərdab rayonunda elektrik enerjisi sistemində yenidənqurma işləri davam etdirilir. Fins.az xəbər verir ki, rayon icra hakimiyyətindən bildirilib ki, bu işlər əhalinin fasiləsiz, normal elektrik enerjisi ilə tələbatına imkan verəcək. Artıq yeni tikilərək istifadəyə verilən 35/10 kilovoltluq Zərdab yarımstansiyasından çıxan 10 kilovoltluq hava xətlərinin yenidən qurulması işləri yekunlaşmaq üzrədir. Zərdab şəhəri və rayonun Məlikumudlu, Dəkkəoba, Dəli Quşçu, İsaqbağı, Çallı kəndlərinin ərazisində yeni, müasir tipli transformator məntəqələri qurulur, açıq tipli elektrik hava xətləri SİP kabel xətləri ilə əvəz olunur, yeni sayğaclar quraşdırılır. Asiya İnkişaf Bankının vəsaiti hesabına podratçı təşkilatlar tərəfindən rayonun elektrik enerjisi təsərrüfatının yenidən qurulması istiqamətində görülən işlər nəticəsində 3 min 266 ədəd yeni dəmir-beton dayaqlar basdırılıb, 148 kilometr məsafədə 10 kilovoltluq hava xətti yenilənib, 192,5 kilometr hava xətti müxtəlif markalı SİP kabellə əvəz olunub, 88 ədəd müxtəlif gücə malik transformatorlar quraşdırılıb.

© AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır