SƏNAYE

Avropa Komissiyasından RƏDD CAVABI - FİNS
07 FEVRAL
266

Avropa Komissiyasından RƏDD CAVABI - FİNS

2019-02-07 12:40:00

Avropa Komissiyası Almaniyanın "Siemens korporasiyasının və Fransanın "Alstom" konserninin dəmiryol bölmələrini birləşdirmək təklifini rədd edib.

Fins.az xəbər verir ki, Avropa Komissiyasının məlumatında deyilir ki,  Avropa dəmiryolu sənayesində rəqabət təmin etmək üçün birləşmə mümkünsüzdür.

Qeyd edək ki, “Siemens” ilə "Alstom”2017-ci ildə  razılaşmışdılar ki, birgə qatarların istehsalı ilə məşğul olsunlar. Bu razılıq digər şirkətlər tərəfindən birmənalı qarşılanmayıb. Qeyd edilirdi ki,  əgər şirkətlər birləşsə rəqabət təmin etmək mümkün olmayacaq.

Müəllif: Tuncay Türbəndəzadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır