SƏNAYE

SOCAR-ın bu zavodunda yenidənqurma işləri aparılır
06 FEVRAL
291

SOCAR-ın bu zavodunda yenidənqurma işləri aparılır

2019-02-06 09:53:00

Prezident İlham Əliyevin Sumqayıt şəhərinə göstərdiyi diqqət və qayğı nəticəsində regionların sosial-iqtisadi inkişafının Dövlət Proqramında nəzərdə tutulmuş 16 bənddən ibarət tədbirlər uğurla yerinə yetirilib. Bu proqram çərçivəsində 2018-ci ildə SOCAR “Azərikimya” İstehsalat Birliyinin perspektiv inkişaf planına uyğun olaraq 2016-cı ildən başlanan genişmiqyaslı, yenidənqurma və modernizasiya layihəsi üzrə işlər davam etdirilib. Fins.az xəbər verir ki, bu fikirlər Sumqayıtda 2018–ci il üzrə sosial –iqtisadi inkişafın yekununa həsr edilmiş iclasda söylənilib. Bildirilib ki, layihə çərçivəsində “EP-300” qurğusunun propilen istehsalı üzrə gücünün ildə 135 min tondan 187 min tona qədər artırılması, istehsalat prosesinin müasir avadanlıqla təchizi və idarəetmənin yeni sistemə keçirilməsi təmin ediləcək. Məqsəd Heydər Əliyev adına NEZ-dən təchiz olunacaq qaz xammalının iqtisadi baxımından daha effektiv emalının yaradılması, “SOCAR-POLİMER” MMC-nin daimi olaraq xammal və enerji daşıyıcılar ilə təmin edilməsi, EP-300 qurğusunun istismar müddətinin 35 ilə kimi uzadılmasıdır.

Layihə İtaliya, Böyük Britaniya və Almaniyanın aparıcı şirkətləri tərəfindən yerinə yetirilir. Bu işlər 2020-ci ilin birinci rübündə başa çatacaq. Tikinti-quraşdırma işlərinə 2 min nəfər işçi cəlb olunub. Layihənin ümumi dəyəri 1,0 milyard manatdır. Bundan əlavə, etilen-polietilen zavodunun buxar generator kompleksinin mövcud 32 MVT.s layihə gücünün 65 MVT.s layihə gücünə çatdırılması ilə əlaqədar görülən işlərin 2019-cu ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulur.

Layihənin icrası başa çatdıqdan sonra “Azərikimya” İB-nin müəssisələri buxar generatoru vasitəsilə istehsal olunan elektrik enerjisi ilə tam təmin olunacaq, qalan 30-35 MVT.s gücündə elektrik enerjisinin SOCAR-ın digər müəssisələrinə və şəhərin digər elektrik enerjisi istehlakçılarına verilməsi imkanı yaranacaq.

© AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır